Çin koronavirus epidemiyasının sona çatdığını ELAN ETDİ dünyada isə yayılmaqdadır

Çin hakimiyyəti ölkədə koronavirus epidemiyasının dayandırıldığını elan edib

 Çində koronavirus infeksiyasının yayılması dayandırılıb. Bu barədə bazar ertəsi Çin Xalq Sağlamlığı Komitəsinin rəsmi nümayəndəsi Mi Feng bildirib.

Mi Feng brifinqdə bildirib ki, martın 28-dən etibarən təsdiqlənmiş infeksiyaya yoluxma hallarının sayı 3 mindən azdır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 63 min nəfər artıb, 3 464 nəfər virusun qurbanı olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib. Məlumata görə, koronavirusa yoluxanların sayı 634 835 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlik 29 957 nəfərin həyatına son qoyub.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib

Bu xəbəri paylaşın: