Xocalı qatillərindən olan Köçəryan müraciət edib…

Robert Köçəryan öz «dərisini» qorumaq üçün içəridə də boş dayanmır. Bu dəfə Qarabağ ermənilərinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Əziz qarabağlılar, bu taleyüklü günlərdə narahatlığınızı bildirmək və bir neçə fikirimi bölüşmək üçün sizə müraciət edirəm.

Bir neçə gündür, Ermənistan Respublikasında olduğu kimi, bir çox başqa ölkələrdə də yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə fövqəladə vəziyyət elan edilmişdir. Bu anda, Dağlıq Qarabağda bir virusa heç kəs yoluxmayıb. Buna baxmayaraq Ermənistan və Qarabağ arasındakı yüksək inteqrasiya dərəcəsi infeksiyanın nüfuz etməsi və yayılması ilə əlaqəli riskləri artırır. Bu da ciddi narahatlıq doğuran bir məsələdir, çünki profilaktik tədbirlər olmadıqda, epidemiya dərhal yayıla bilər və çox sayda insanın həyatına səbəb ola bilər.

Bu, mövcud geosiyasi reallıqda bizim təhlükəsizliyimiz üçün ciddi təhdid ola bilər.

Bu çərçivədə, “Qarabağın rəhbərliyi” çətin bir seçim qarşısında qalır. Bu baxımdan sakinlərin təhlükəsizliyini qeyd-şərtsiz qorumaq üçün məsuliyyətli qərarlar qəbul etməlidir. Ümid edirəm ki, səlahiyyətlilər vəziyyəti yaxından izləyir və lazım olduqda mümkün təhlükələrin qarşısını almaq üçün təcili tədbirlərə əl atmağa hazır olacaqlar.

Bu vəziyyətdə ən vacib rolu cəmiyyətin konsolidasiyası oynaya bilər. Son “seçki kampaniyası”ndan sonra bu məsələdə müəyyən çətinliklərin ortaya çıxdığı bəllidir.

Mən siyasi prosesin bütün iştirakçılarına, bütün Qarabağ ermənilərinə müraciət edirəm: bu ciddi milli təhlükə ilə mübarizədə maksimum məsuliyyət və təmkin nümayiş etdirin.

Keçən günlərin hadisələri məndə belə inam yaradıb ki, növbəti illərdə Qarabağa qəhrəman keçmişi olan, hər hansı bir böhran vəziyyətinə tab gətirə bilən, məsuliyyətli qərarlar qəbul edən bir insan “rəhbərlik” edəcək.

Ümid edirəm ki, Qarabağ erməniləri bütün həyatı ilə Qarabağın “müstəqillik ideallarına” fədakarlıqla sədaqət göstərmiş birini seçəcək.

Hörmətli qarabağlılar, bu taleyüklü günlərdə sizə güc və əzm, sarsılmaz iradə və birlik arzulayıram. Bir neçə on il əvvəl biz birlikdə çətinlikləri dəf edərək müharibədə “qalib gəldik” və suveren bir “dövlət qurduq”. Əminəm ki, bu gün birləşərək istənilən çətinliklərin öhdəsindən gələcəyik.

Robert Köçəryan”.

P.S. İndi qaldı bu seçki qutularını Köçəryanın başına keçirmək…

Bu xəbəri paylaşın: