Hər kəs bilməlidir ki, Vətənə xəyanətin A-sı, B-si olmur

Fedai.az və müharibə veteranları olaraq orduda xainlərin törətdikləri bəd əməlləri daim izləyərək, öz döyüşçü mövqeyimizi ortaya qoymuşuq.

Faktdan qaçmaq olmaz. Ortada xəyanət və xəyanətkarlar var. Hadisələrin ilk günlərində ictimai qınaqdan çəkinib susan bəzi xainlərin yaxınları zaman keçdiyini düşünərək, həm müxtəlif dövləıt orqanları qarşısında, həm də sosial şəbəkələrdə bu xainlərdən günahsız «mələk» obrazı yaratmağa can atmaları acı təəssüf doğurur. Çünki az bir qisim istisna olmaqla, bu şəxslərin törətdikləri əməllər tam sübuta yetirilmişdir. Bu işlərdə həqiqi zərər çəkmiş bir əsgərin etiraflarını dinləməyi və bundan sonra bu şəxslərə qarşı hər kəs mübarizə aparmağa borcludur. Belələrinin bu yurdda yaşamaq hüququ öz əlləriylə düşmənə satılıb. Amma onlara oğul, qardaş, ata, ər deyənlərə, deyəsən bu xəyanətin ciddiyyəti hələ də çatmayıb. Maraqlı orasıdır ki, xainlərin yaxınları eyni mərkəzin diqtəsiylə bu məsələdə peşəkarlıq və bacarıq nümayiş etdirən Respublikab Hərbi Prokuroru Ədliyyə general-leytenantı Xanlar Vəliyev və «N» saylı hərbi birləşmənin komandiri general mayor Hikmət Həsənov hədəfə alınıb. Əslində isə bu olayla bağlı onların tələbləri və iddiaları elə ilk baxışda haqsız görünür. Çünki onların iddia etdiyi işgəncə bu iki qurum üçün məqbul deyil. Bu qurumlar istəsələr belə istintaq altda olan şəxslərə işgəncə vermək imkanları yoxdur.

Bəs bu sifarişi kim verib?

Hüquqi baxımdan 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda günahlandırılıb. Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilirdi ki, hərbçilər müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi də başlanıb və ittiham edilən şəxslər həbs ediliblər. Bunu baş prokuror Zakir Qaralov kollegiyada çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanıb, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alınıb, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərilib və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslər təqsirli bilinərək layiqli cəzalara məhkum ediliblər.

Azərbaycanın hərbi prokuroru general leytenant Xanlar Vəliyevin sözlərinə görə, aprel hadisələri ilə bağlı da cinayət işi başlanılıb: “Təkcə aprel hadisələri deyil, ümumiyyətlə, hərbi hissələrdə istər öz hərbçilərimizin, istərsə də Ermənistan silahlı qüvvələrinin törətdiyi hər bir kriminal hadisə, insanlıq əleyhinə olan hadisə prokurorluq tərəfindən dərhal fiksə olunur, hadisə yerləri müayinə edilir, cinayət işi başlanılır”.

Çox güman ki, düşmənlə iş birliyi içində olanların A və B planları olub. Hazırki şantaj mərhələsində bu işdə prinsipiallıq və peşəkarlıq nümayiş etdirən Hərbi Prokrorluğun hədəf seçilməsi, elə B planının tərkib hissəsidir. Çünki düşmən belə xainlərin hesabına bilirlər ki, Hərbi prokrorluq bu işi ciddi nəzarətə götürüb və cəsus əlaqələrini bitirməkdə qərarlıdır.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib: “Erməni silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərlərinin meyitləri müayinə olundu, lazımi istintaq əməliyyatları aparılıb. Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tərtər rayonunun kəndlərinə beynəlxalq faktlarla istifadəsi qadağan olunmuş fosforlu mərmi atılmasına da dair istintaq hərəkətləri aparılır. Xarici ölkələrin Azərbaycanda təmsil olunan diplomatik nümayəndəlikləri də orada iştirak ediblər. Yəni işlər gedir. Bunun beynəlxalq ictimaiyyətə də çatdırmaq istiqamətində də işlər görülür. Həm prokurorluq , həm də aidiyyəti orqanlar tərəfindən işlər aparılır”.

Xanlar Vəliyevin rəhbərliyi altında Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda həmin cinayət işləri üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Respublika Hərbi Prokurorluğu yeganə təşkilatdır ki, onun nəzdində Memorial Soyqırımı Muzeyi fəaliyyət göstərir.

İllik hesabatla çıxış edən X. Vəliyev bildirib: “Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”. Yəni bu cinayətkar və xəyanətkarların çəmbəri daralıb və bu da düşmənə sərf etməyən ən pis variantdır.

«N» saylı hərbi birləşmənin komandiri general mayor Hikmət Həsənova gəlincə isə, o da peşəkar və perespektivli hərbçilərimizdən sayılır. Hazırda ermənilər tərəfindən ən çox adı manipulyasiya edilən bir hərbçidir. O, Xüsusi Təyinatlılar üzrə Türkiyə, Almaniya və Çində təhsil alıb. NATO-da fəaliyyət göstərən ilk azərbaycanlı zabit olub. Aprel döyüşləri günlərində düşmən onu hədəfə alıb. Alınmış məlumata görə 2017-ci ilin aprel ayında düşmən onun öldürülməsi üçün geniş əməliyyat hazırlayıbmış. Hətta onun postlara baş çəkməsi barədə məlumat düşmən tərəfə ötrülüb. Erməni kəşfiyyatının ələ aldığı bu xainlər, hətta tankların yanacaq bakına qum tökərək, topların milini çıxarıblar. Bunlara baxmayaraq, Talış istiqamətində erməni hərbi birləşməsinə aid qərargah dağıdılıb.

Bu olayların az bir hissəsidir. Sizcə Vətən xainlərinin yaxınlarına verilmiş B planında daha nələr var?

Ümid edirik ki, bu həqiqətləri anlayıb, öz xəyanət «torbalarını» xalqa sosial şəbəkələrdə qəhrəman kimi sırımaq istəyənlərə yetərincə suallarınız olacaqdır…

Hər kəs bilməlidir ki, Vətənə xəyanətin A-si, B-si olmur, bircə adı olur. Onu da hər kəs bilir.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın:
  • 94
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •