«Evdə qal»: Qoy separatçılar prezident seçsinlər

Tert.am-ın verdiyi məlumata görə, hal-hazırda, qondarma rejimin prezident seçkilərində, işlənmiş bülletenlərin nəticələrinə görə Araik Arutunyan liderdir: o, 33 min səs toplayıb.

На изображении может находиться: 3 человека, костюм

“60 mindən çox bülleten sayılıb, onlardan 33 mininin səsini Araik Arutyunyan alıb. Seçkilərin ilk turu başa çatması üçün daha 15 min bülletenin sayılması lazımdır. Bu 15.000-dən 5000 səsə ehtiyacımız var»-dedi. Bu sözləri prezidentliyə namizəd, rəhbəri Araik Arutunyan olan Azad Vətən partiyasının mıtbuat katibi Vahram Poqosyan söyləyib.

Prezident seçkilərinin ilkin nəticələrini belədir. Onun sözlərinə görə, ikinci yerdə Masis Mayilyan 16.300 səs, üçüncü yerdə Vitali Balasanyan isə 8600 səs alıb.

P.S. Düşmən addım-addım irəliləyir. Yəqin bundan sonra Azərbaycan kişilərinə: «Evdə öl!» şüarı irəli sürüləcəkdir.

Bu xəbəri paylaşın: