AVMVİB veteranlara «Evdə qalın!» deyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində əhaliyə müraciət edib.


Qurum öz facebook hesabında #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.


“Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın” – deyə müraciətdə qeyd olunub.


AVMVİB ilk gündən bu çağırışa aktiv surətdə qoşulub.

Bu barədə açıqlama verən AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov deyib: “Bu gün dünyamız çətin bir imtahan qarşısındadır. Biz müharibə veteranları olaraq birlikdə bu imtahandan çıxacağıq. Ölkəmizdə yaşayan hər kəsi bu aksiyaya qoşulmağa çağırıram. Allah xalqımızı qorusun. Biz birlikdə güclüyük! Unutmaq olmaz ki, koronavirusla mübarizə elə bir düşmənlə mübarizə və xalqımızı, Vətənimizi qoruma məqsədi daşıyır. Bu yolda hər kəsə nümunə olmalıyıq».

***
AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov sosial şəbəkədə facebook üzərindən müraciət yayıb. E. Rüstəmov da bu görünməz virusla mübarizədə «Evdə qalın!» çağrışı edib.

https://www.facebook.com/100027270700296/videos/571494687102883/?t=0

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •