AVMVİB Mingəçevir şəhər veteranlarının «EVDƏ QAL!» çağrışı

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bizimlə söhbətdə şəhər veteranlarının «Evdə qal!» çağırışına əməl etdiklərini bildirib. Hər bir ölkə vətəndaşı qarantin şərtlərinə ciddi surətdə əməl etməlidir. Bu ən azı xalqımızın koronavirus bəlasından ən az itkiylə çıxa bilməyimizin əsas şərtidir.

Buna baxmayaraq şəhər veteranları erməni separatçılarının Qarabağda keçirdikləri qanunsuz seçkiləri Mingəçevir şəhər veteranlarını hiddətləndirib. O, düşmənlərə layiq olduqları cəzanı verəcəyimizin vacib olduğunu vurğuladı.

Natiq Həsənov bildirib ki, Mingəçevir veteranları digər bölgə veteranlarından fərqli olaraq Dövlətimiz üçün vacib olan strateji bir sahədə çalışırlar. Bölgə veteranlarının böyük əksəriyyəti, əsasən «Azərbaycan İES» MMC-də çalışırlar. Ona görə də mövcud tələblərə riayyət edərək işləməliyik ki ölkəmizin enerjiyə olan təlabatını ödəyə bilək. «Azərenerji» ASC-ə Baba Rzayev təyin edildikdən sonra bu sahəyə diqqət artırılıb və ciddi işlər görülüb. Müəssisədə çalışan müharibə veteranlarına və şəhid ailələrinə münasibət daha da yaxşılaşıb. Bir sözlə bu təbəqədən olan insanlara münasibət Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən qurulub. Ona görə də şəhər veteranları adından «Azərenerji» ASC rəhbərliyinə və şəxsən cənab Baba Rzayevə veteranlar adından öz minnətdarlığımızı bildiririk.

Yeni rəhbərliyin təşəbbüsüylə şəhidlərimizə həsr olunmuş abidə kompleksi sökülərək tam yenidən tikildi. Müəssisədə çalışan müharibə veteranlarına diqqət və qayğı artırıldı. «Azərenerji» ASC Nəzarət İdarəsinin rəisi Səməd İslamov veteranları şəxsən qəbul edərək onların problemləri ilə maraqlanıb.

Natiq Həsənov onu da vurğuladı ki, dünyanı ağuşuna alan bu problemə qarşı biz iki cəbhədə vuruşyruq. Həm əhalinin enerji tələbatını ödəmək və həm də karantin qaydalarına ciddi əməl etmək hər birimizin borcudur. «Azərbaycan İES» MMC-də bu tələblərə ciddi əməl olunur. Hər kəs bu strateji sahədə işləməyin məsuliyyətini dərk edir.

N. Həsənov bu görünməz düşmənlə mübarizənin devizi olan «Evdə qal!» çağrışını, səngərlə müqayisə etdi. Düşmənlə döyüşdə səngəri qeyri-qanuni tərk eləyən əsgər, həm özünün,həm də aid olduğu hərbi taöımı təhlükəyə salırdı. Üstəlik bir sərsəri güllənin qurbanına çevrilirdi. Bu gün, öncə ailənizi, sonra xalqımızı düşünərək «Evdə qalın!» Bu çağırışı AVMVİB Mingəçevir veteranları adından yayınlayın.

Xatırladaq ki, 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Elektrik enerji sistemi həyat təminatlı mühüm əhəmiyyətli obyektlər kateqoriyasına aid olduğundan və bu spesifik sahə sayıldığından, mütəxəssislərin, mühəndislərin, sistem oparatorları və digər işçilərin səhhətinin qorunması olduqca vacibdir. Bu məqsədlə səhmdar cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Elnur Səlimov


Bu xəbəri paylaşın: