Qocalar Avropanın yerini çoxdan dar etmişdi

Ötən ilin dekabrında Almaniyanın ictimai kanalı WDR2 şənbə günü uşaq xorunun oxuduğu yumoristik, ənənəvi uşaq mahnısının satirik sözlərlə yenidən yazılmış versiyasının videosunu yaydığı üçün üzr istəyib. “Mənim nənəm ətraf mühit üçün qoca bir donuzudur” adlı mahnı “Twitter”-də rekord qırmışdı. İstifadəçilərdən biri mahnının yeni sözlərini “hörmətsiz” adlandırsa da, kanalın redaktoru ənənəvi mahnının dəyişdirilməsini “qalmqallı səviyyədə yaxşı” adlandırıb.

Mahnının yeni sözlərində deyilir ki, nənə motosiklet sürür və hər ay minlərlə litr benzin yandırır, hər gün endirim olan marketdən alınmış kotlet yeyir. Video ətraf mühit aktivisti yeniyetmə Qreta Tunberqin (Greta Thunberg) “Biz sizə bununla canınızı qurtarmağa imkan verməyəcəyik” sözləri ilə bitir.

“Deutsche Welle” məlumat verir ki, kanal bəzi tvitlərə reaksiya verərək, “videonun təhqiredici hesab olunmamalı” olması barədə bildirib. Amma bu, kanalın videonu silməsinin qarşısını almayıb. Kanal bildirib ki, onlar “uşaqların alət kimi istifadə olunması barədə iddialardan narahat olublar”. Əlavə ediblər ki, “bu, səbəb olmasa da, videonu silmək qərarına gəldik”. Qreta Tunberqin başçılıq etdiyi hərəkat uşaqların və yeniyetmələrin dünya üzrə ətraf mühit çirklənməsi əleyhinə etirazlarını göstərir./DEUTSCHE WELLE/

Bu xəbəri paylaşın: