Lənkəran qalasının ruslar tərəfindən işğal edilməsi

1912-ci ilin dekabrında Rusiya imperiyası nazirlər kabinəsi Qafqaz canişinliyi Bakı quberniyası Lənkəran şəhərində general Kotlyarevskiyə abidə uçaldmaq barədə sərəncam imzalamışdı.

O general ki, Lənkəran qalasının alınmasında xüsusi qəddarlıq göstərmişdi (Bu abidənin inşa olunub-olunmaması haqqında məlumatım yoxdur).

Tarixçi-etnoqraf Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (1862 — 1937) yazırdı: Qəzəbli ruslar ən yüksək acınacaqlı və intiqam xəttinə çatdılar – hətta körpə çağalar, hamilə qadınlar, kişilər və qadınlar da daxil olmaqla qarşılarına çıxan əsgərləri və eləcə də hər kəsi amansız şəkildə öldürür və süngülərdən keçirirdilər.

Qalanın sağ qalan müdafiəçiləri sığınacaq tapmaq üçün çaya doğru qaçdılar, lakin onlar yolun sağ tərəfində iki topla dayanmış 80 rus əsgəri ilə üzləşdilər. Geri qayıdarkən, onları mühasirəyə alan rus əsgərlərin süngüsü ilə qarşılaşdılar.

Qacar qarnizonu məğlub edildi. Heç kəs əsir götürülmədi. Qalanın komandiri Sadiq xan və təxminən 10 nəfər yüksək vəzifəli xan öldürüldü.

Kotlyarevski ölü cəsədlərin altında tapıldı. Sağ gözündən qan axan Kotlyarevskinin çənəsi qırılmış, ayağından güllə yarası almağına baxmayaraq, sağ qalmışdı.

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: