Axır ki, Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı qeydə alındı

Fedai.az BBC-yə istinadən xəbər verir ki, Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı qeydə alınıb, Ermənistan informasiya vasitələri xəbər verir.

Məlumata görə, tanınmamış «DQR Səhiyyə Nazirliyi» Covid-19 virusuna yoluxmada şübhəli bilinən iki şəxsin testlərini Ermənistana yoxlamağa göndərib və birinin nəticəsi müsbət olub.

Məlumata görə, sözügedən şəxs Ermənistanın «yoluxma ocağı» sayılan yaşayış məntəqəsindən gəldiyinə görə, aprelin 2-də səhər təcili yardım maşını ilə » Laçın (Kaşatağ) xəstəxanasına çatdırılıb və təcrid edilib».

İkinci yoluxmada şübhəli qadın bundan iki gün sonra həmin tibb məntəqəsinə aparılıb, lakin onda başqa xəstəlik simptomları aşkar edilib.

Yoluxmuş vətəndaşla təmasda olan daha 17 nəfər özünütəcrid edib. Onlarda hazırda yoluxma əlamətləri müəyyən edilməyib.

Laçın
Image captionVirusa yoluxması təsdiqlənmiş şəxs Laçında «tibb birliyində» təcrid edilib. Onunla təmasda olmuş şəxslər özünütəcrid şəraitində saxlanırlar

Ermənistan kütləvi informasiya vasitələri hələ ötən həftə, «rəsmi məlumatlara istinad edərək», Dağlıq Qarabağ əhalisi və burada yerləşən qoşun hissələrində xidmət edən hərbçilər arasında koronavirusa yoluxma halı qeyd olunmadığını qeyd edirdilər.

Ötən həftənin sonunda Ermənistanla Dağlıq Qarabağ arasında yollar müvəqqəti olaraq bağlanıb.

Koronavirusun Qarabağa sirayət etməsinə yol verməmək məqsədilə Ermənistandan Dağlıq Qarabağa gedən həm Laçın, həm Kəlbəcər istiqamətində yollarda nəzarət-buraxılış məntəqələri qurub.

Qadağa müddətində Dağlıq Qarabağ ərazisinə yalnız orada qeydiyyatı olanlar, yükdaşıyan nəqliyyat buraxılır.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir. Münaqişənin tənzimlənməsinə dair danışıqlar 1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •