Azərbaycanda koronavirusdan sağalanların sayı artdı

Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub.


Bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 882 nəfərə çatıb.


Virusa yoluxanlardan daha 19 nəfər isə sağalıb. Beləliklə, koronavirusdan sağalanların sayı 63 nəfərə yüksəlib.


Yoluxanlardan 8-i dünyasını dəyişib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu xəbəri paylaşın: