Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya çatdı

Bu gün Azərbaycanda 104 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 38 nəfərin sağaldığı bildirilib. Bir koronavirusa yoluxmuş xəstə isə vəfat edib.

Bununla da ölkədə indiyədək koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı isə 9-a çatıb.

Azərbaycanda indiyədək 101 nəfərin koronavirusdan sağaldığı deyilir.

Hazırda Azərbaycanda, Naxçıvan da daxil, aktiv koronavirus xəstələrinin sayı 816-dır.

Nazirlər Kabineti yanında Operativ Qərargah həmin şəxslərdən 27 nəfərin vəziyyətinin ağır, 35 nəfərin vəziyyətinin orta ağır qiymətləndirildiyini açıqlayıb.

Qərargah indiyədək yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 mindən çox test aparıldığını bildirib.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Bundan əvvəl bildirilib ki, karantin zonalarında 4369 nəfər yerləşdirilib. Naxçıvanda 2896 nəfər karantində saxlanılır. Onlardan 536 nəfəri Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir, Naxçıvan Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Bir neçə gün əvvəl Naxçıvanda Covid-19-a yoluxanların sayının 18 olduğu bildirilib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •