GENETİK ÖLÜM…

(42-ci yazı)

      Professor Lətif Vəliyev kitabında yazırdı ki, Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat idarəsinin Qafqaz regionlarını araşdıran strateji-analitik qrupunun başçısı polkovnik G.Menqell ölkəsinin XİN-nin rəhbərliyinə yazdığı arayışda professor, taun əleyhinə vaksinləri ixtira edən azərbaycanlı Lətif Vəliyev haqqında ayrıca danışırdı. O, iddi edirdi ki, Lətif Vəliyevə (söhbət ölümdən qabaqkı hadisələri əhatə edirdi) ediləcək sui-qəsdin qarşısının alınması üçün Moskvaya mütləq müraciət olunmalıdır. Çünki professorun etdiyi kəşflər ölkəsindən asılı olmayaraq onun qorunmasını tələb edirdi. Moskva isə ona ötürülən məlumata əhəmiyyət vermədi. London mətbuatı iki gündən sonra azərbaycanlı professorun Saratovda nəşr olunması nəzərdə tutulan “Genetika” kitabının təhlilini verdi. London mətbuatında bu açıqlamalar kitabı nəşr etməyə hazırlaşan “Zvezda” nəşriyyatının direktoru E.M.Davıdova baha başa gəldi. Nəticədə kitabın çapı dayandırıldı. Professor L.Vəliyevə təklif olundu ki, yenidən işləsin və nəşr üçün kitab Moskvaya göndərilsin.

     Professor Lətif Vəliyevə ediləcək sui-qəsd isə plandan çıxmırdı. Kreml Bakıya xüsusi təyinatlı iki nəfəri ezam etdi. Məsələdən Azərbaycan

  KP MK-nın Birinci katibi M.C.Bağırov da məlumatlı idi.

  Araşdırma materiallarına görə bu hadisələr professorun ölümqabağı günlərini əhatə etdiyindən çox məsələlərə hələlik qaranlıq idi. Bakıdan Saratova göndərilən (sui-qəsdi icra etmək üçün) adamların üç nəfərin olçduğu artıq bilinirdi. Təəssüflər olsun ki, onlardan biri  elə İmişli rayonundan idi. Və şəxsən Lətif Vəliyevin ailəsini tanıyan adam olub. Qalan iki nəfər isə tibb sahəsinin dövrü üçün tanınmış adamları idi.

     Allah insanı Ay, Günəş, Ulduz… ildırım parçaşsından yaradıb. O bir “material”dan formalaşmayıb. Onun hər bir əzası özünəməxsus və indiyədək kəşf olunmayan materialdan yaranıb. Elm hələ o ayı öyrənmək, araşdırmaq gücündə deyil. Digər tərəfdən bütün bunları öyrənmək üçün nə Aya əlimiz çatır, nə Ulduza, nə də Günəşə. İldırımın isə harada yanıb, sönməyi zəlzələ qədər müəmmalıdır. Fikrimcə insanın, eləcə də bütün canlıların genetik oyanışı, qan hüceyrələrinin inkişafı və parçalanması… bütün dəyişiklər adlarını qeyd etdiyim göy cisimlərilə bağlıdır. Əsr üzündə bütün canlıların (istər qısaömürlü, olsun, istərsə də uzunömürlü) bir vəzifəsi olub: yer kürəsini, təbiəti, yaşamağı qorumaq. Məsələn yer üzündə qanadlı nə varsa (söhbət canlılardan gedir), bəşəriyyətin yaşaması, nəfəs alması üçün “ventilyator” rolunu oynayır. Bir arının qanad çalması, 10-12 km məsafədə uçuş edərək yelpik vurması… onun keçdiyi yolu və ərazidə otların, çiçəklərin tozlanması, cana gəlməsi, dirilməsi deməkdir.

      Arılar murdar yerdən uçmaz, qarışqalar murdar yerdən getməz. Və yaxud, bütün qanadlılar yer kürəsini təmiz və saf oksigenlə təmin edən ən başlıca vasitədir. Onlar hər uçuşlarında, hər yelpiklərində havanı zəhərdən, zəhərli qazlardan təmizləməklə məşğul olurlar. Araşdırmalardan məlum olur ki, həyətində qızılgülü çox olanın qızı çox olar, əşrik ağacı çox olanın oğlu çox olar. Bu qənaətə XIX əsrdə fransız həkimi Jemarde gəlib. Professor bunu da xatırladır ki, bütün xəstəliklər keçicidir. Genetik baxımdan bunda bir qanunauyğunluq var. O, belə bir məsələni də vurğulayır ki, bütün xəstəliklərin və eləcə də orqanizmdə baş verən genetik dəyişmələrin kökündə gərgin və şiddətli əsəb dayanır. Əsəb sisteminin gərilməsi genetik kodların iflic olması, zədələnməsilə nəticələnir. Genetik kod və yaxud hüceyrələr əsəb sistemilə daim konfiliktdədir. Bu ziddiyyətin və konfiliktin sonu isə məğlubiyyətlə bitir…

Bütün bunlar professor Lətif Vəliyevin düşüncələri idi…

      Professor Lətif Vəliyevi xilas etmək, ölümün pəncəsindən onu qoparmaq mümkün olmadı. Həkimlərin rəyinə görə Lətif Vəliyev 1934-cü ilin noyabr ayının 13-də Saratov hərbi sənaye kompleksində… zəhərlənmişdi. Yəni ölümündən üç gün qabaq. SSRİ-nin Böyük Britaniyadakı diplomatik korpusuna isə məlumat 1934-cü ilin 10-da verilmişdi.

Bakıya isə Moskvadan xüsusi təyinatlı dəstə 1934-cü ilin noyabrın 12-də gəlmişdi… Bütün hallarda məlumat gecikdirilmişdi. (Biz kitabda bununla bağlı geniş bəhs edirik. Həqiqət naminə hər şeyi olduğu kimi verəcəyik). Nəticə isə ağır oldu. Hərbi həkim S.M.Suslov “Xüsusi Arayış”ında qeyd edirdi ki, professor Lətif Vəliyev 1934-cü ilin noyabrın 15-də hərbi xəstəxanaya yerləşdirilir. Əlavə olaraq, hərbi həkim S.M.Suslov yazır: “…Professor Lətif Vəliyevin halı ağır idi. 1934-cü ilin noyabrın 15-də saat 18.05-də o, qan qusmağa başlayır. Yüksək dozalı zəhər onun içini çürüdüb dağıtmışdı. Baxmayaraq ki, Saratovun bütün həkimləri, Moskvada göndərilən professorlar səy edirdilər ki, nə isə yaratsınlar. Amma mümkün olmadı. Onu saxlaya bilmədik. O, qan qusa-qusa boğulub, keçindi…”

Mən qarşımdakı bu kağız parçalarını oxuyub bitirdikdən sonra, özüm-özümə belə bir sual verdim: Biz axı kimik? Sən demə, əsrlər boyu aparılan genetik dəyişmələr bizim əsl simamızı, kimliyimizi öldürüb, məhv edib.

     Saratovda Lətif Vəliyevi “professor” deyə, çağırırdılar. O, bu şərəfli ada çox layiq idi. Ölümündən üç gün sonra Azərbaycan Tibb İnstitutunun foyesindən onun möhtəşəm bir şəkli asıldı (rusiyalı həkim S.M.Qodmanın  məktubundan) o, hamıya nəzər salır, sanki gülümsünürdü. Professor S.M.Qodman “Mənim həkim dostlarım” xatirə kitabında yazır: “…Lətif mənim üçün əsl məktəb idi: ləyaqət məktəbi, vicdan, qeyrət… mərdlik, kişilik və sədaqət məktəbi. O, divardan asılmış şəklindən hamımıza baxırdı. Bəzi alimlər onun şəklinə belə, yaxın düşə bilmirədilər. Qorxu və paxıllıq onların damarlarından hələ çıxmamışdı… O isə, sanki pıçıldayırdı: — məndən nə istəyirdiniz, ala bilmədiniz? Sizə nə pisliyim keçmişdi? Nə etdim sizə?.. Allahdan qorxmadınızmı? Bəs hanı sizin şərəfiniz, vicdanınız?

…Bütün bunlarla yanaşı, məni qürurlandıran tamam başqa bir məsələ idi. Lətif Vəliyevin idi, möhtəşəm şəklinin altında qızılgül bağlamasını gördüm. Bu gül buketi Azərbaycan KP MK-indən göndərilmişdi. 1934-cü ilin noyabrın 24-də Azərbaycan Tibb İnstitutunda Lətif Vəliyevin adı ilə bağlı elmi konfrans keçirilıdi. Bu konfrans saat 11-də başlamalı idi… Lakin gecikdi. Saat 16-da başlandı. Konfransın gecikməsinə səbəb Mərkəzi Komitə idi. Bədxah alimlər (mən onları tanıyırdım və hələ də anlamırdım ki, bu yaramazlar, elmə yamaq olan bu adamlar nə istəyirdilər…) çalışırdılar ki, konfrans baş tutmayacaq. Mərkəzi Komitə lazım bilir ki, belə bir konfrans keçirilsin…

     Amma hər şey bir anlığa dəyişdi. Elan olundu ki, auditoriyalarda bütün dərslər kəsilsin. Evlərinə gedən müəllimlər geri çağrılsın… Azərbaycan KPMK-nın Birinıci Katibi Mircəfər Bağırov yoldaş Azərbaycan Tibb İnstitutunun foyesində göründü. Hər şey dəyişdi. Fikirlərim alıt-üst oldu… O, danışmadı. Heç onun üçün ayrılmış Rəyasət heyətinə qalxmadı. Lap qabaqda əyləşdi. M.Bağırov yoldoş çıxış edənlərə, söz alıb danışanlara sakit-sakit tamaşa edirdi. Mən onun bu baxışlarından oxuyurdum. O, sanki Azərbaycan Tibb İnstitutunun rəhbərliyinə, bizə deyirdi: Yazıqlar olsun sizə, Lətif Vəliyev kimi adamı saxlayan bilmədiniz. Yazıqlar olsun ki, onu didərgin salıb, axırına çıxdınız… İndə nə qədər istəyirsinizsə, dincəlin…”

     Məlumata görə professor S.M.Qodmanın qələmə aldığı kitab 1950-ci ilin sonlarında Bakıda çap olundu. Şübhəsiz, mənim məqsədim heç də onun kitabını təhlil etmək deyil. Sadəcə onun yazdıqlarına istinad edib, bəzi məqamları (bu günümüz üçün də vacib olan) göstərmək idi.

    Araşdırma materiallarına görə dövlətin Lətif Vəliyevin ailəsinə (onun anası artıq əlil olmuş, yataq xəstəsinə çevrilmişdi) kəsilən dövlət təqaüdü altı ay gecikdirildi. Azərbaycan Tibb İnstitutundan lazım olan sənədlər hazır olmadığından ailə həmin təqaüdü ala bilmədi. Məsələyə yenə MK qarışmalı oldu… On bir nəfər bu məsələdə günahkar bilindi. (Bəzilərimiz Mir Cəfər Bağırovu ittiham edirik ki, o bəzi elm adamlarına qənim kəsildi, onları həbs etdirdi, işdən kənarlaşdırdı və s.  Belə olanda M.C.Bağırov nə etməli idi?)

Bütün bunlar azmış kimi 1935-ci ilin iyul ayının 19-da Saratovdan 42 nəfərin imzası ilə Kremlə-Siyasi Büronun “adına” açıq məktub ünvanlanır. Məktubu Saratovun fəhlələri yazırdı. Onlar iddia edirdilər ki, bir neçə nəfər Saratov Fəxri Xiyabanına girərək, bir qəblri alt-üst edib, dağıdıblar…

    Çoxlarımızın bəyənmədiyimiz Siyasi Büro Moskva Hərbi Sənaye Kompleksinin direktoru, professor İ.M.Qriqoriyevin rəhbərliyilə beş nəfərdən ibarət komissiyanı Saratova göndərir… (Mən bütün bunları təfsilatı ilə yazmaq istəmirəm. Çünki məqsədim bu deyil. Əsl mahiyyətdən yayınmaq istəmirəm). Məlum olur ki, Saratov Fəxri Xiyabanda dağıdılan, altı-üstünə çevrilmiş qəbir Professor, azərbaycanlı Ləyif Vəliyevin qəbri idi.

Araşdırmalarımıza görə Saratov Fəxri Xiyabanında professor Lətif Vəliyevin qəbri bu gün yoxdur… O, dağıdıldı, itkin düşdü. Mən burda fikirlərimi saxlayıram və qayıdıram ələdə etdiyim bəzi sənədlərə. Məlumata görə 1935-ci ilin iyul ayının 28-də Azərbaycan KP (b) MK-nın Birinci Katibi M.C.Bağırovun ünvanına, şəxsən öz adına Saratovdan təqaüdə çıxmış keçmiş çekist, vaxtilə Bakıda, Lənkəranda işləmiş M.N.Alekseyev adlı birisi məktub göndərir. Kəşəfiyyat mayoru M.Alekseyev M.C.Bağırova ünvanladığı məktubda qeyd edir: “…Dostum və həmkarım Mir Cəfər … ağır gündə məni yad etdin. Sorğuna cavab olaraq, hər şeyi açıq yazıram. Mən professor Lətif Vəliyevi çox yaxşı tanıyırdım. Mənə tapşırmışdın ki, onu qopruyum, yanında olum. O, doğrudan da böyük və nüfuz sahibi idi. Taun xəstəliyilə bağlı ixtira etdiyi vaksinlərin ilkin  nəticələrini Moskvaya göndərildi… Yerli camaat ona baş əyirdi… Gözlənilmədən mən Moskvaya çağrıldım. İki gün Saratovda olmadım. Geri qayıdanda da mənə xəbər verdilər ki, Ləyif Vəliyev bilinməyən səbəblərə görə şəhər hərbi qospitalına aparılıb. Ora getdim. Özü də yubanmadan getdim… Artıq geçikmişdim.

     Onun dəfni çox izdihamlı idi. Saratov heç vaxt belə izdiham görməmişdi. Qəbrinin üstündə həmişə gül-çiçək olurdu. O, bizim üçün əziz adamlardan birinə çevrilmişdi… Günlərin birində onun qəşbrini dağılan gördük. Mən onda öz ərizəmlə işdən çıxmışdım. (Məlumat üçün deyək ki, M.Alekseyev M.C.Bağırovun kadrlarından olub. İstefaya çıxdıqdan sonra, Saratova qayıtmış, Fəxri Xiyabanın qorunmasına rəhbərlik etmişdi. Fəxri Xiyaban onun səlahiyyətində idi…)

Dostum, Professor Lətif Vəliyevi biz ruslar öldürmədik. Onun qəbrini biz ruslar dağıtmadı. Mən sorğuna cavab olaraq bildirirəm ki, onun qəbrini… Bakıdan gələnlər dağıtdılar… Elmə, vicdana, həyata yamaq olan öz alim “dostları” dağıdıb, viran qoydular. Mən bununla bağlı Kremlə “Xüsusi bir məktub” yazmışam… Bir necə gündən sonra Saratovdan çıxıram. Mən öz missiyamı yerinə yetirə bilmədim. Amma səndən bir xahişim var. Məzarı dağıdanlardan iki nəfəri saxlanılıb. Onların kimliyinin araşdırılmasını sənin öhdənə buraxıram…”

   Oniki səhifəlik məktubdan kiçik bir parçanı təhlil etdim. Professor Lətif Vəliyevin dağıdılmış məzarı ilə bağlı Saratov şəhər Partiya Komitəsinə yeddi min məktub göndərilmişdi. “Saratov” qəzeti 1935-ci ilin noyabr, dekabr saylarında geniş yazılar çap edib… Adamlar tələb edirdilər ki, məzarı dağıdan adamlar xalqın mühakiməsinə verilsin. Bu həm də Saratov camaatı üçün ağır bir ittiham idi…

Bakıda isə Lətif Vəliyevin ailəsində qəribə hadisələr baş verirdi. Azərbaycan Tibb İnstitutundan ailəyə çağırılmamış qonaqlar ayaq açmışdı.

    Gələn adamlar Vəliyevlər ailəsinə “başa salmağa” çalışırdılar ki, Lətif Vəliyevin əl yazmaları, yazışmaları, qeydləri, kitabları, şəxsi arxivi yığışdırılsın və yaxud yandırılsın… Ən azı instututa təhvil verilsin… Sadə, kasıb həyat tərzi keçirən, namus və vicdanlarını, ləyaqətlərini hər şeydən uca tutan Vəliyevlər ailəsi… növbəti problem olmasın deyə, professor Lətif Vəliyevin şəxsi arxivini, kitablarını, şəxsi, çap olunmamış kitablarını, sənədlərini, apardığı elmi-araşdırmaların nəticələri yazılmış qeydlərini, foto-şəkillərini od vurub, yandırdılar. Sanki yox idi belə adam, heç yaşamayıb, dünyaya gəlməyib. Bu düşmənin Lətif Vəliyevin üstündəki neçənci qələbəsi idi, neçənci bayramı idi bilmirəm. Bildiyim budur ki, professor Lətif Vəliyevin adından bu gün də qorxanlar var. Amma rahat olun. O daha sağ deyil, məzarı da it-bata düşdü, viranə qaldı. Onu da yəqin etdim ki, bütün bunlar Azərbaycana başıucalıq gətirmədi…

Mənim istedadlı, namuslu, vicdanlı… “Allah vergisi” olan alimlərin yolunda kötük kimi dayanan, əxlaqlarını itirmiş, vicdan və namus anlayışlarından xəbərsiz olan… istedadsız, gücsüz və şərəfsiz, yaltaq adamlara (şübhəsiz, alimlərdən gedir söhbət) sözüm var: — çəkilin, gedin. Nə qədər ki, çəkilməmisiniz, hələ çox məzarlarımız dağılıb viran olacaq…

    Professor Lətif Vəliyevin ölümündən sonra Almaniyanın, Kanadanın, Amerikanın aparıcı qəzetləri təəssüf hissilə onu yad edir, Sovet İttifaqının rəhbərliyini, xüsusən səhiyyə sistemini tənqid edirdilər. Hətta Kanadada nəşr olunan (Fransız dilində) “Le Deoit” (“Həqiqət”) qəzeti Moskvanı bu ciddi işdə tənqid edir, Azərbaycan xalqına başsağlığı verirdi. Məsələn, araşdırma materiallarına görə kanadalı (Oqtava hərbi qospitalı) hərbi həkim S.Lord yazır: “…Mən milliyyətcə azərbaycanlı olan professor, taun bəlasına qarşı vaksinlər ixtira edən Lətif Vəliyev üçün həyəcanlandım. Siz necə dövlətsiniz… bir Lətif Vəliyev kimi şəxsiyyət saxlaya bilmədiniz?..”

Bu da ittihamdır. Bir alimin xalqımıza qarşı ittihaımı. Bütün bunlar hardan yarandı. Bu genetik aşınmalar hardan qaynaqlandı. Qanımıza, canımıza bunları yeridən kimlər oldu?

Araşdırmalarımıza görə professor Lətif Vəliyevin adi saydığımız (bizim üçün adi görünən) bir diplom işindən Azərbaycan Tibb İnstitutundan o vaxt 18 adda müxtəlif diplom işi yazıldı…

Biz tarixdə ən çox qarət olunmuş millətik. Yer üzündə bizim millət qədər qarət olunmuş ikinci bir millət yoxdur. (Ola bilsin, mən sizləri “Qarət olunmuş” adlı yeni tədqiqat və elmi araşdırmalarımın nəticəsi olan kitabla da tanış edim. Bu mümkündür). Biz əvvəlcə özümüz-özümüzü qarət edib, çapıb, taladıq. Sonra qonşular baxıb, bizi çapıb taladı. Sonra qonşulara baxıb gəlmələr bizi çapıb, taladı, qarət etdi. Qarət olunmuş millətin heç vaxt səsi olmur. O, gücsüz olur. Və bütün sahələrdə tez məğlub olur. Sərkərdə Aleksandr öz əsgərlərinə tövsiyyə edirdi ki, qarət edərkən, ancaq ürəyiniz deyəni götürün, beyniniz (yəni ağlınız) deyəni götürməyin. Çünki bu sözləri məğlubiyyətə aparır. Biz isə, tarixin  sınağından çıxmış öyüdlərə qulaq asmadıq.

    Ürəklə oynadıq, onu atıb, tutduq. Nəticədə ürək heydən düşdü, param-parça olub, çoxumuzu yarı yolda qoydu. Ürəyimizi qoruya bilmədik, onu balzara çıxartdıq. Öz ürəyini bazara çıxaran millətdən nə gözləmək olar… Məlumata  görə dünyada vur-tut cəmi 13 dövlət ürəklə idarə olunur. Qalan dövlətlər başla, beyinlə idarə olunur. Ürəklə idarə olunan dövlətlər içərisində Azəbaycanın da adı çəkilir. Alimlər onu da hesablyıblar ki, ürəklə idarə olunan dövlət daha qürurlu və möhkəm olur.

Tədqiqatlar  göstərir ki, ürək dövlətdə ən güclü  genetik vasitədir. O, genetik bir körpüdür. Son bir əsrdə məlumatlara görə bizim genetik körpülərimiz 196 dəfə başımıza uçurulub. İndi nə qədər çalışırıqsa da o körpülərdən keçə bilmirik, o körpüləri qura bilmirik. Bəlkə elə bunun günahıdır ki, qəbrlərə hücum edib, dağıdırıq. “İnsanlıq fəlsəfə”si deyilən bir fəlsəfənin üstündən qələm çəkirik. Lətif Vəliyev kimi nadir adamların, istedad sahiblərinin qədr-qiymətini bilmirik. Və nəticədə getdikcə cılızlaşıb qalırıq.

    Hərdən (indi tez-tez) qarşıma vaxtından qabaq qocalmış qızlar, oğlanlar çıxır. Bilin ki, bu hansısa  baş verəcək bir faciənin başlanğıcına çevrilə bilər. Genetik baxımdan biz döyüş səhnələrində, lokal müharibələrdə indiyədək təqribən 250 nəsil itirmişik. Bizi heç kəs kənardan gəlib öldürmür. Biz özümüz-özümüzü asanlıqla məhv etmək, öldürüb sıradan çıxarmaq gücündəyik. Bir çoxumuzu elə hazırladılar ki, onlar daha gözləmirlər ki, kimi, hansını?.. Biz “genetik qanunlar” baxımından iki hissəyə bölünmüşük: əmr verənlər, icraçılar. Həyatda əmr verənlərlə icraçılar arasında qalmaqdan ağır heç nə görmürəm.

Araşdırma materiallarına görə Pentaqonun (ABŞ) Stratensi Araşdırmalar Mərkəzinin nəticələrində qeyd olunur ki, Azərbaycan genetik kodlarını sürətlə itirən millətlər cərgəsindədir.

       Rövşən Novruzoğlu

Bu xəbəri paylaşın: