Türkiyədəki ermənilər geri qayıdırlar

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Türkiyədə Ermənistanın qeyri-qanuni şəkildə 100 min vətəndaşının olduğunu bir neçə dəfə səsləndirib. Ərdoğan onu da qeyd edib ki, həmin ermənilər qeyri-qanuni Türkiyədə işləsələr də, onları ölkədən çıxarmırlar. Ancaq Ərdoğan onu da sözlərinə əlavə edirdi ki, Ankaranın istənilən an həmin erməniləri Türkiyədən çıxarmaq hüququ var.

Ermənistanda dəyişən hakimiyyətlər heç zaman ermənilərin düşmən adlandırdıqları Türkiyədə işlədiklərini və qazandıqları pulları evlərinə göndərdiklərini etiraf etməyiblər. Çünki necə deyəsən ki, bir tərəfdən Türkiyə düşməndir, digər tərəfdən vətəndaşların ailələrini dolandırmaq üçün həmin ölkəyə işləməyə gedirlər.

Ancaq koronavirus Ermənistan hakimiyyətini bu məsələdə də pis vəziyyətdə qoyub. Türkiyədə qanunsuz işləyən ermənilərin bir qismi koronavirusun yayılması səbəbindən Ermənistana qayıtmaq məcburiyyətində qalıblar. Erməni jurnalistlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyana konkret sual ünvanlayıblar: “Ermənistanla Türkiyə arasında sərhədlər bağlı olduğu və iki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda, necə olub ki, Ermənistan vətəndaşları Türkiyədən geri qayıda biliblər?”

Sualın cavabənda Anna Naqdalyan iki etiraf etmək məcburiyəyətində qalıb.

Birincisi, o deyib ki, Ermənistan hakimiyyəti müxtəlif ölkələrdəki vətəndaşlarını geri qaytarmaq üçün çalışmalarını davam etdirir, yəni söhbət həm də Türkiyədən gedir.

İkincisi, Ermənistan XİN mətbuat katibi Türkiyədəki ermənilərin geri qayıtmasını söyləməsi düşmən adlandırdıqları ölkədə ermənilərin işlədiyinin etirafıdır.

Bu arada, Türkiyə Cumhurbaşqanı İstanbuldakı erməni patriki ilə telefonla danışıb. Erməni patriki daha sonra deyib ki, koronavirusla mübarizədə Türkiyə Ermənistana yardım edə bilər. Erməni patriki Türkiyənin Ermənistana dərman göndərə biləcəyini deyib. Rəsmi İrəvan Ankaranın təklifini qəbul etməyəcək. Əks halda Ermənistan Türkiyəyə tarixi düşmənçiliyini yumşaltmalı olacaq. Ermənistan hakimiyyəti və cəmiyyəti buna hazır deyillər.

Ermənistanda və Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır. Koronavirusun yayılmasıyla Ermənistanda və Dağlıq Qarabağda iqtisadi və sosial problemlərin miqyası da genişlənir. Sərhədlər qapalı, iqtisadiyyat iflic olub, vəziyyətdən çıxmaq üçün maliyyə resursları yoxdur. Bu problemləri həll etmək üçün Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maliyyə inaələrinə ehtiyacları var. İndiki şəraitdə Ermənistana heç bir dövlət və beynəlxalq təşkilat milyardlarla dollar və ya avro ayırmayacaq. Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistana satdığı qazın qiymətindən də narazıdır. Təsadüfi deyil ki, o bir neçə gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək Rusiyanın bu ölkələrə satdığın qazın baha olmasından şikayət edib.   

“Atlas” Araşdırmalar Mərkəzi

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •