Bakı Slavyan Universitetindən növbəti humanist addım

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyası ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi ,professor-müəllim heyəti ,tələbə-gəncləri və əməkdaşları bu yoluxucu xəstəliyə qarşı dövlət səviyyəsində həyata keçirilən səmərəli mübarizədə,aparılan genişmiqyaslı tədbirlərdə fəal iştirak edir , xalqımıza və ölkə rəhbərliyinə lazımi dəstək verir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın koronavirus xəstəliyi ilə bağlı müraciətlərini, tövsiyə və çağırışlarını, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın, Təhsil Nazirliyinin əmr və qərarlarını əsas tutan BSU-nun kollektivinin atdığı növbəti humanist addım təqdirəlayiqdir. Belə ki, BSU-nun Mətbuat Xidmətindən AZƏRTACA-a verilən məlumata görə, universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, aprelin 10-da bu ali təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən universitetin yaşı 65-dən yuxarı olan professor-müəllimlərinə,həmçinin inzibati-təchizat sahəsində çalışan əməkdaşlarına ərzaq yardımı edilib. Qeyd edək ki, ümumilikdə 47 nəfər ehtiyacı olan aztəminatlı şəxsə edilən ərzaq yardımı BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, İnzibati-təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev və universitetin tələbə-könüllüləri tərəfindən onlara yaşadıqları evlərdə çatdırılıb.


BSU-nun ərzaq yardımı alan müəllim və əməkdaşları göstərilən diqqət və qayğıya, qədirbilənliyə görə universitetin rəhbərliyinə təşəkkür edərək xalqımızın, eləcə də bütün dünyanın tezliklə bu təhlükəli xəstəlikdən xilas olmasını arzulayıblar.


BSU-nun Mətbuat Xidməti

На изображении может находиться: 1 человек, стоит и в помещении

На изображении может находиться: 1 человек, в помещении
На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, стоит, телефон и в помещении
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •