AVMVİB Xocavənd rayon şöbəsində

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun bildirdiyinə görə şöbə üzvü olan müharibə veteranları bir qrup hərbçi və Xocavənd rayon İcra Hakimiyəti Başçısı və nümayəndələrinin iştirakıyla Beyləqan rayonu 2-ci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş tədbirdə iştirak ediblər.


Tədbirdə bu gün də hər bir tançımıza örnək olan qəhrəman Həzi Aslanovun keçdiyi qəhrəmanlıqlarla dolu döyüş yolu yad edilib.


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov H. Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biridir.Bildirdi ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •