ONLAR CƏBHƏDƏ DƏ DÖYÜŞÜRDÜLƏR

Bizə BİZ olmağı öyrədən əcdad

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsininin təşkili üçün 1919-cu il, fevralın 18-də Parlamentin 15-ci iclasında “Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında” Qanun qəbul olunmuşdu.

Qanuna əsasən, parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilirdi. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinin tabeliyində idi.

Mühafizə dəstəsinin əməkdaşları Qarabağda ermənilərlə döyüşlərdə də yaxından iştirak edirdilər. General-mayor Həbib bəy Səlimovun döyüş bölgəsindən Baş Qərərgaha göndərdiyi raportlarda Parlamentin mühafizə dəstəsinin igidliyi barədə məlumat verilirdi.

Döyüşlərin birində dəstənin praporşiki Nəcəfəliyev başda olmaqla, 16 əsgər həlak olmuş, praporşik Əsgərov, podporuçik Dauşvili, Ərəbov və xeyli əsgər yaralanmışdı.

Döyüşən dəstəyə parlament mühafizə dəstəsinin podpraporşiki Mövsüm İbrahimov rəhbərlik edirdi.

Parlamentin binası önündə dəftərxana əməkdaşları ilə birgə dayanmış, binanı mühafizə edən Azərbaycan Cümhuriyyətinin əsgər və zabitləri. 1919-cu il.

Tinləri şad, duraqları uçmaq olsun!

Yaşasın Cümhuriyət!

Yaşasın bütöv Azərbaycan!

Alıntı: Əli Təbrizli

Bu xəbəri paylaşın: