Ermənilər ordu gününü qeyd etdilər

Ermənistanın Ordu Günündə müdafiə naziri jurnalistlərə silahlı qüvvələrin arsenalının «on faiz artdığını» bildirib.

Ermənistan 28 yanvarda Ordu Gününü qeyd edir. Ənənəyə görə, səhər saatlarında ölkə rəhbərliyi Qarabağa işğalmılıq hücumu zamanı gəbərmiş terroristlərin xatirəsini ehtiramla yad etmək üçün Yerablur hərbi panteonuna baş çəkiblər.

Burada müdafiə naziri David Tonoyan jurnalistlərə bildirib ki, Ermənistan, tezliklə müasir çox funksiyalı Su-30SM qırıcılarının yeni dəstini alacaq.

2019-cu ildə Ermənistan artıq Rusiyadan dörd belə döyüş təyyarəsi alıb. Ümumiyyətlə, nazirin sözlərinə görə, Ermənistan ordusu öz arsenalını və vəzifələri həll etmək imkanlarını artırıb.

«Mən hərbi sirləri burada açıqlamayacağam, lakin artım on faizdən artıqdır»- deyə Tonoyan bildirib.

Nikol Paşinyan yanvarın 25-də keçirdiyi son mətbuat konfransında əldə olunan silahlar barədə də danışıb. Onun sözlərinə görə, 2018-ci ilin may ayından bəri Ermənistan görünməmiş miqdarda silah və döyüş sursatı əldə edib.

«Brevis» araşdırmasının nəticələrinə görə, Ermənistan vətəndaşlarının 89,4 faizi bütün dövlət və ictimai quruluşlardan daha çox Ermənistan ordusuna güvənir.

ERMƏNİ VETERANLARI
Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •