Tovuzda Milli Qəhrəmanın xatirəsi anılmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə torpaqlarımız uğurunda canlarını qurban verən Vətən övladlarının xatirəsi uca tutulur, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir.

На изображении может находиться: один или несколько человек, люди стоят, дерево, растение, небо, на улице и природа

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəxsi şücaətinə görə Tovuzlu Qasım Qara oğlu Rzayev də ölümündən sonra Azərbacanın Milli Qəhramanı adına layiq görülmüşdür.

На изображении может находиться: 1 человек, стоит, растение, цветок, дерево и на улице

Qasım Rzayevin anım günü ilə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin rəisi Ceyhun Əliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev Əlibəyli kəndində Milli Qəhrəman Qasım Rzayevin məzarını ziyarət etmişlər.

Şəhidin məzarına gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmiş və ruhuna dualar oxunmuşdur.

Tovuz rayon İcra Hakimiyyəti

AVMVİB Tovuz rayon şöbəsi

На изображении может находиться: один или несколько человек, люди стоят, растение, дерево, цветок и на улице


Bu xəbəri paylaşın: