İRƏVANDA AÇIQ SƏMA ALTINDA «MUZEYİN» LAYİHƏSİ HAZIRDIR

Ayın 14-də paylaşdığım və sensasiya yaradacağına əmin olduğum «İRƏVAN SAXTAKARLIĞI SEVMİR, ERMƏNİLƏR İSƏ SAXTA TARİXSİZ YAŞAYA BİLMİRLƏR» məqaləsi heç də ümid etdiyim kimi olmadı və bizdə yox, əksinə Ermənistanda sensasiya ilə qarşılandı.

Ermənistanın təhsil naziri Arayik Harutyunyanın məqaləsinə yazdığım «BU TİKİLİLƏR AZƏRBAYCAN XANLARINA MƏXSUS TARİXİ ABİDƏLƏRDİR. TARİXİ SAXTALAŞDIRMAQDAN ƏL ÇƏKİN!» başlıqlı şərhimə 244 nəfər erməni cavab yazdı.

Həmin məqalədə İrəvanın mərkəzi meydanında İrəvan xanlarına aid olan 1650-70 — cı illərdə tikilmiş Zal xan MƏSCİDİ, ZAL xan HAMAMI və Zal xanın bir sıra başqa məkanları üzərində ermənilərin «AÇIQ SƏMA ALTINDA MUZEY» yaratmaq planları haqqında yazılmışdı.

Həm də bu tikililərin qədim erməni abidələri adı ilə bərpa olunaraq xarıcı turistlərə «sırınması» nəzərdə tutulur.

Budur, artiq 6 mərtəbəlik layihə də hazırdır (aşağıdakı şəkil) tezliklə işə başlanmılması da nəzərdə tutulub. BİZ İSƏ HƏLƏ DƏ HEÇ BİR REAKSİYA VERMƏDƏN, SAKİTCƏ SEYR EDİRİK. Yəqin ki, səsimiz SAXTA MUZEY istifadəyə verildikdən sonra çıxacaq. Onda isə gec olacaq…

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •