Vazgenin MƏXFİ MƏKTUBU: «Naxçıvan-Don, Armavir, Kurqaninsk, Pyatiqorsk və yurdumuzun digər bölgələrində qüdrətli erməni məskənləri salınıb»

News12.az saytı, 1993-cü il noyabr ayının 17-də bütün ermənilərin katalikosu tərəfindən göndərilən məxfi məktubu oxuculara təqdim edir. Qeyd edək ki, bu məktub bir daha sübut edir ki, ermənilər xəstə təxəyyülünün məhsulu olan «Böyük Ermənistan» ideyası təkcə Azərbaycan və Türkiyə üçün yox, həm də bütün dünya xalqları üçün təhlükəlidir. Məktub «Məxfidir» qrifi ilə möhürlənib.Yerevandan Misirdəki erməni kilsəsinin arxiyepiskopu Vazgen Çinginyana ünvanlanmış bu məktub RP FTX-nin zabiti Lev Alekseyeviç Novikovun əlinə keçir və 1993-cü il noyabrın 20-də «Кубанский курьер» qəzetində dərc olunur.

2000-ci il iyulun 19-da və 2001-ci ilin sentyabrında isə ayrı-ayrı vərəqələr şəklində MDB ölkələri ərazisindəki erməni diasporları arasında yayılır.

Məktubda deyilir:
 «Misir erməni kilsəsinin arxiyepiskopu (Qahirə. Erməni kilsəsi. Qayət-Məxfi) Vazgen Çinginyana. Sizə məlum olduğu kimi, Allahın köməyi ilə Böyük Ermənistanın əvvəlki sərhədlərinin bərpа edilməsi üçün geniş miqyaslı iş aparılır. Bu amalla biz bütün ermənilərin səylərini birləşdirməyə nail olmuşuq. Hesab etmək olar ki, biz Artsaxı tamamilə geri almağı bacarmışıq. Bu istiqamətdə hücumlarımız davam edir. Lakin biz Böyük Ermənistanın sərhədlərini dənizdən-dənizə qədər bərpa etməliyik. Bu istiqamətdə tərəfimizdən müəyyən addımlar atılıb. Naxçıvan-Don, Armavir, Kurqaninsk, Pyatiqorsk və yurdumuzun digər bölgələrində qüdrətli erməni qəsəbə və məskənləri salınıb. Hərçənd ki, Vətənimizin bu əraziləri hələlik Krasnodar, Stavropol və Rostov vilayətlərində yerləşir, yurdumuzun bu bölgələrində məskən salmaq üçün külli miqdarda maliyyə vəsaiti lazımdır.Yuxarıda xatırlatdıqlarımıza əsasən, Allahısevən və ona pənah gətirən bütün erməniləri və dindarları başa salmaq lazımdır ki, Böyük Ermənistanın daha da çiçəklənməsi üçün kilsələrə verilən nəzir-niyazı və maliyyə vəsaitini artırmaq vacibdir. Xüsusilə vətənpərvərlik baxımından məsələnin təbliğatını gücləndirmək lazımdır. Bu barədə bütün erməni kilsələrinin başçılarına və arxiyepiskoplara uyğun göstərişlər vermişəm. Bütün ermənilərin katolikosu. Ermənistan, Yerevan. 1993-cü il 17 noyabr».

Məktubu ictimaiyyətə çatdırdığı üçün Lev Novikov FTX sıralarından xaric edilir. Məktubu dərc edən «Kyбанский курьep» qəzetinin redaksiyasına ermənilərin hücumu təşkil edilir, erməni özbaşınalıqlarına qarşı çıxan Kuban kazakları dairəsinin hakimi Gennadi Lenə edilən sui-qəsd isə baş tutmur. Bütün bu təxribat və terror planlarının arxasında «ASALA» terror təşkilatı ilə Dağlıq Qarabağda təşkil olunmuş silahlı birləşmələr dayanırdı. /News12.az /

Bu xəbəri paylaşın: