AVMVİB Laçının işğalını Şəhidlər Xiyabanında andı

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 28 il ötür.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Hər il olduğu kimi müharibə veteranları və AVMVİB Rəhbərliyi Laçının işğal gününü Şəhidlər Xiyabanında anıblar. Şəhidlərin məzarlarına qərənfillər qoyulub, onların ruhlarına dualar oxuyublar.

Elnur Səlim

FOTOLAR: Azad Musayev

Bu xəbəri paylaşın: