28 Yanvar 1992-ci il Şuşada erməni terroru — 44 şəhid

28 il öncə, 28 yanvar 1992-ci il, saat 16:20-də Ağdamdan Şuşaya 41 nəfər azərbaycanlı mülki əhalini daşıyan «Azal» konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu Xankəndində mövqe tutmuş erməni teror təşkilatı -ASALA terrorçuları tərəfindən «Yer-Hava» tipli raketlə vuruldu.

Vertolyot vurulduqdan sonra bir necə nəfər ermənilərə əsir düşməmək üçün özlərini vertolyotdan atmışdılar. Bunlardan biri də Xankəndi Daxili İşlər Şöbəsinin əməkdaşı və Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü Salahov Şakir olub.

alahov Şakir Xocalının müdafiəsində, xüsusəndə Cəmilli kəndinin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Milli Qəhrəman adına laiq görüldü. Pilotların səyi nəticəsində vertolyot erməni mövqelərindən uzaqlaşaraq Şuşanın Xəlfəli kəndi ərazisində yerə düşüb.
Nəticədə vertolyotda olan sərnişinlə bərabər üç nəfər ekipaj üzvü, pilot Viktor Seryogin (Ölümündən sonra Milli Qəhrəman), 2-ci pilot Səfa Axundov (Ölümümdən sonra Milli Qəhrəman) və bort operator Ərastun Mahmudov (Ölümündən sonra Milli Qəhrəman) şəhid oldular.


Vertolyotda 3 nəfər pilotun, iki nəfər qadın, bir nəfər kişi və 12 yaşlı qız uşağı — Abbasova Sədaqət Şahin qızının cəsədini tanımaq mümkün olmuşdu. Digər sərnişinlərin cəsədi yanaraq tanınmaz hala düşmüşdü.


Video : ANS tv-yə məxsusdur.


Qafqaz Qabil

#GizliFAYL

#28Yanvar1992 #Şuşa da Erməni terroru nəticəsində #44Şəhid.▪️28 yanvar 1992-ci il, saat 16:20 də Ağdamdan Şuşaya 41 nəfər azərbaycanlı mülki əhalini daşıyan "Azal" konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu Xankəndində mövqe tutmuş erməni teror təşkilatı -ASALA terrorçuları tərəfindən "Yer-Hava" tipli raketlə vuruldu. Vertolyot vurulduqdan sonra bir necə nəfər ermənilərə əsir düşməmək üçün özlərini vertolyotdan atmışdılar. Bunlardan biri də Xankəndi Daxili İşlər Şöbəsinin əməkdaşı və Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü Salahov Şakir idi. Salahov Şakir Xocalının müdafiəsində, xüsusəndə Cəmilli kəndinin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Milli Qəhrəman adına laiq görülmüşdür. Pilotların səyi nəticəsində vertolyot erməni mövqelərindən uzaqlaşaraq Şuşanın Xəlfəli kəndi ərazisində yerə düşüb. Nəticədə vertolyotda olan sərnişinlə bərabər üç nəfər ekipaj üzvü, pilot Viktor Seryogin (Ölümündən sonra Milli Qəhrəman), 2-ci pilot Səfa Axundov (Ölümümdən sonra Milli Qəhrəman) və bort operator Ərastun Mahmudov (Ölümündən sonra Milli Qəhrəman) şəhid oldular.Vertolyotda 3 nəfər pilotun, iki nəfər qadın, bir nəfər kişi və 12 yaşlı qız uşağı — Abbasova Sədaqət Şahin qızının cəsədini tanımaq mümkün olmuşdur. Digər sərnişinlərin cəsədi tanınmaz halda yanmışdır. Video : ANS tv-nin"Qızıl Fondu "#GizliFAYL 🔐MƏLUMATI PAYLAŞMAQ VACİBDİR.Düşmənin etdiklərini unutma və Unutdurma!

Posted by Gizli FAYL on 25 Yanvar 2020, Şənbə
Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •