Lazım bizi Şuşaya çağırdı, ölülərdən cavab çıxmadı…

Araik Arutyunyanın böyük qardaşı Samvel Arutyunyan 1993-cü ildə Qarabağ Martakertdə həlak olub.

Dağlıq Qarabağın yeni seçilmiş prezidenti Araik Arutyunyan andiçmə mərasimindəki çıxışında böyük qardaşı ilə bağlı təəssüratlı bir əhvalat danışıb.

«13 Fevral 1988-ci ildə o, məndən vətənim üçün ölməyə hazır olduğumu soruşdu. Mən müsbət cavab verdim. Qardaşım öz sözünə əməl etdi. Amma mən etmədim» deyə Arutunyan kövrək səslə bildirdi. Araik Arutyunyanın böyük qardaşı Samvel Harutyunyan 1993-cü ildə Qarabağda Mardakert yaxınlığında gedən döyüşlər zamanı həlak olub.

Yeni seçilmiş prezident çıxışında Dağlıq Qarabağın təhlükəsizliyi və ərazi bütövlüyünün bir bazarlıq olmadığını vurğuladı. Arutyunyanın sözlərinə görə, Qarabağ əhalisinin başı üzərində asılmış qılınc bütün erməniləri təhdid edir. Prezident, bu qılıncını kürək, qələm, xaç və lazım olduqda isə elə qılınc kimi işlətməyə hazır olduqlarını söylədi.

«Artsax Ermənistandır, vəssəlam» — deyən Arutyunyan çıxışını Qarabağ hərəkatının liderlərindən biri, Dağlıq Qarabağın qəhrəmanı Leonid Azgaldyanın sözləri ilə başa çatdırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin spikeri Ararat Mirzoyandan ibarət nümayəndə heyəti Arutyunyanın andiçmə mərasimində iştirak edib.

«Аравот — Новости Армении» Arutunyanın and içmə mərasimini yayınlayıb: «Qondarma «Artsax» respublikasının «qədim paytaxtı» Şuşa şəhərində, respublikasının yeni seçilmiş prezidenti Araik Arutyunyanın andiçmə mərasimi keçirilir. Tədbiri canlı olaraq təqdim edirik:

Bu xəbəri paylaşın: