Separatçı erməni rejimi Şuşada 1000 nəfərlik ziyafət təşkil etdi… –FOTOLAR

Xəbər verildiyi kimi,   dünən  — mayın 21-də axşam Azərbaycan Respublikasının 29-cu ildir işğal altında qalan Şuşa şəhərində separatçı erməni rejiminin növbəti – 4-cü qanunsuz “prezident”inin andiçmə mərasimi keçirilib.

Moderator.az yazır ki, erməni saytlarının yaydığı məlumata görə,  keçmiş “Şuşa” kinoteatrının mədəniyyət evinə çevrilmiş binasında keçirilmiş tədbirdən sonra Şuşanın qədim qala divarları yaxınlığında, açıq səma altında qurulmuş çadırlarda ziyafət təşkil edilib.  Qarabağda sülənən erməni blogerlərdən biri bildirir ki, yeyib-içməyə  bəlkə də 1000-dən çox erməni qatılıb. Lakin jurnalistlərin çoxu həmin tədbirə də buraxılmayıb.

Ziyafətdə işğalçı ölkə Baş naziri N. Paşinyan və arvadı başda olmaqla Ermənistan hökumətinin 20 nəfərlik nümayəndə heyəti iştirak edib.

Ermənistanda bəziləri karantin rejiminə rəğmən belə kütləvi tədbirin keçirilməsini doğru saymayıblar.
P.S….
Sultan Laçın

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •