Ağa bəy Gərravənd elinə görə gərrənən kişi…

Qədim-qayım Qarabağın qırım günü qabaqda qılınc çalan еllərindən olan Kolanıya qatılan oymaqlardan biri də, Gərravənddir. Gərravənd-Gəray vənd, Gəray uşağı anlamındadır.

Gərravənd Kolanı mahalında bir icma, bir camaat kimi biçimlənmişdi. Bu icmaya Birinci, İkinci, Üçüncü Gərravənd və Çıraqlı obaları daxil idi. Birinci Gərravənd obası sonralar İmarət Qərvənd adlandı.

İmarət-Qərvənd kəndi iki hissəyə bölünür. Kəndin şərq hissəsi Kərəmli, qərb hissəsi isə Almədədli (Alməətli) adlanır. Evlərin çox hissəsi Kərəmli adlanan hissədədir. Almamədədli adlanan hissəni Gərək çayı iki hissəyə bölür. Gərək çayı mənbəyinin Murovdağ silsiləsinin ətəklərindən – Daşağıl, Çayqovuşan, Qaraqaya, Yelli yal deyilən yataqlardan götürür və İmarət-Qərvənd kəndini keçərək “Xot” deyilən günbəzin sağ tərəfindən Tərtər çayına tökülür. Gərək çayının sağ qolu Ağdaban çayı adlanır. Ağdaban çayı Gərək çayının onlarla qolundan biridir. Amma səhvən bu gün də xəritələrdə çay Ağdaban çayı kimi qeyd edilir. Əsrin əvvəllərindən edilmiş səhv yoxlanılmadan bu günə qədər davam etdirilir. Nəticədə qədim bir yurd adını özündə əks etdirən hidronim süni çəkildə yox edilir. Çünki Gərək çayı öz adını “Gərək” adlı kənddən götürür. XVIII əsr Osmanlı mənbəsində Gərək çayının adı çəkilir. İndi də çayın yuxarı hissəsində “Gərəyin düzü”, “Gərəyin qəbiristanlığı” adlanan yerlər var.

I Gərravənd obasının məşhur ağalarından biri Ağa bəydir. Ağa bəy el içində sayın-saytal duruşu, sər-sərrast vuruşu ilə tanınırdı. İstər Göyçənin qarapapağı, istər Qarabağın qaradolağı Kolanı mahalına ayaq basanda Ağa bəyin çörəyini dadmamış, suyunu içməmiş getməzdi. Rəiyyətə rəhmdil, camalağa comərd bir şəxsiyyət idi. Atası İman bəyin, babası Allahveys bəyin adını rəhmətlə andırmışdı. Kasıba damazlıq, möhtaca yavanlıq vermişdi. Onun urzalı-urvatlı adının sorağı Arazı adlamışdı (Qorxmaz Mustafayevin «Ağdərədə nələr oldu?» kitabında «İmarət -Qərvənd şəhidləri» bölümündəki ön söz).

Əmisi oğlu Həşim bəy Qarabağ atlı alayının vəkili olanda, Ağa bəy ona yüz nəfər kolanı igidi qoşmuşdu ki, qağamı tək qoymayın…

Obada Əliqulu oğlu Qələndər adlı bir yetim vardı. Süfrələrinə siçan girsə, ac qayıdırdı. Onların əhvalını Ağa bəyə bildirirlər. Ağa bəy bir motal pendir, bir qarın yağ, yeddi xaral buğda göndərmişdi ki, qışdan salamat çıxsınlar. Yazda onları yaylağa özüm aparacağam. Pirməmməd Əlimədət oğlu onu alqışlamışdı:

-Səni duz dağına dönəsən ay Ağa bəy!

Mahpəri Nəcəfəli qızının yiyəsi vaxtsız vəfat etmişdi. Ailənin bütün zomarlığını Ağa bəy göndərmişdi.

Qaragöz oğlu Həsənin toyunda 7 toğlu nəmər yazdırmışdı.

Xanməmməd oğlu Məhərrəm Ata bəy qızı Zеynəb xanımı istəyirdi. Bəy evi nəm-nüm edirdi ki, Xanməmməd kişi varlı-hallı olsa da, rəiyyətdir. Ağa bəy ona nətəhər təpinmişdisə, qızyolu iki nər də vermişdi…

İman bəyin ikinci oğlu Ağa bəy XVIII yüzilin sonlarında, XIX yüzilin önlərində Kolanı mahalının I Gərravənd obasında ömür sürmüşdü. Molla yanında oxumuşdu. Qarabağ hakimi Mеhdiqulu xan Sarıcalı-Cavanşirin yaxınlarından idi.

Həsənriz — Vikipediya

1822-ci ildən sonra böyük qardaşı Allahvеys bəy xanla qaçandan sonra dairə rəisi gеnеral-mayor knyaz V. Q. Madatovun tapşırığı ilə Salman-Gərravənd obasının idarəsi Ağa bəy İman bəy oğluna vеrilmişdi.

Ağa bəyin Ədilxan adlı oğlu vardı.

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: