Səfərova dil uzadanlar Markaryanın içimizdəki qohumlarıdır

Bu gün və dünən sapı özümüzdən olan separatçı baltalar və soyu bilinməyən gəlmə ünsürlər Ramil Səfərovun hərəkətini qınayaraq erməni cərgəsində layiq olduqları yerdə dururlar. Güya ki, bu soytarılar çox «qeyrətli» zatlardır və erməni qohumlarının «yatılı» olmasına dözə bilmirlər. Bu köpəklərə bircə sualım var: «Xocalıda yatmış körpələrə güllə sıxan Markaryanınmı soyundansınız, yoxsa qeyri qarışıqlarınız da var? Bir «mamanızdan» soruşun!

Veteranlar olaraq, bəyan edirik: Erməninin yatılısı yatmış düşmən, oyağı oyaq düşmən, ölüsü ölü düşmən (ən yaxşı erməni), dirisi diri düşmən, körpəsi körpə düşmən, qadını qadın düşmən, qocası qoca düşməndir. Düşmənlə düşmən kimi davranmaq vacibdir. Bunu 100 il ərzində qanmayan və «yaxşı erməni axtaran» soysuzların, mütləq zatında bir qırıqlıq var. Yəni bu xainlər bilməlidir ki, düşmənin yatmışı, oyağı olmur. Əslində isə düşmən 24 saat yatmır.

Artıq on illiklər boyu 1 milyon Azərbaycan insanının pozulmuş hüquqlarını görməyən Avropa İnsan Haqları Məhkəməsinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı tələsik qərar çıxarmasına qarşı çıxmaqdansa, R. Səfərovu «yatmış erməni leşinə» görə ittihama girişənlərə özünüz ad verin. Erməni leşi öləndən sonra yatdığı məlumdur. Ermənilər 800 minlik ermənidən 1 milyon 500 min nəfər ölü çıxara bilirlərsə, tarixən yaşamadıqları Qafqazda tarix yaza bilirlərsə, bütün Azərbaycanı «yatmış» erməni torpaqları sayırlarsa, onların milli, etnik kimlikləri barədə özünüz qərar verin. Erməni öz leşlərinə haqq qazandırmaq üçün bu yatmaq olayını uydurub ortaya atdılar.

Yadıma Qarabağda iştirakçısı olduğum bir hadisə düşdü. 1989-cu ildə bizim inəyi ermənilər oğurlamışdılar. Kəndimizə əsayişi qorumaq üçün Oktyabr (indiki Yasamal rayonu) rayonu milisləri göndərilmişdi. Kənd cavanları və Vaqif, Xanoğlan adlı qəhrəman milislərimiz Ağdərə rayonu Cənyataq kəndi istiqamətində bir «əməliyyat» hazırladıq. 500 evlik kənd qorxusundan qaçıb kəndi boşaltdılar. Ermənilər inəyi açıb kəndirli buraxmışdılar. Ona görə də girov götürdüyümüz erməni çobanını və heyvanları da buraxdıq. Amma bir gün sonra «Советский Карабах» qəzetində ermənilər «Азербайджанские боевики в черных и белых» sərlövhəli məqalə dərc etmişdilər. Orada bir nəfər erməninin öldürüldüyü yazılmışdı. O vaxtlar mənə cəsusluq edən bir erməni vardı. Ondan bu faktı soruşdum və eşitdiyim əhvalatdan dəhşətə gəldim.

Sən demə iki gün öncə öz əcəli ilə ölmüş 60 yaşlı bir nəfərin cəsədinə müxtəlif çaplı ov tüfənglərindən 6 güllə vuraraq ruslara nümayiş etdirib bizdən şikayət etmişdilər və müxbir də bunu tirajlamışdı. Bax bu gün adı bizdən olub Ramil Səfərovu qınayan köpəklər, o ölü erməninin qohumları və törəmələridir…

…Markaryan hər səhər çəkməsini Azərbaycan bayrağı ilə təmizlədiyini, bu hərəkətilə Azərbaycan dövlətini, xalqını təhqir etdiyini söylənib. Erməninin sonuncu təhqirinə dözməyən Azərbaycan zabiti düşmənin layiqli cavabını vermək üçün onu öldürmək qərarına gəlir. Gecə yatmaq vədəsində Ramil diktofon və paltarının altında gizlətdiyi balta ilə Markaryanın otağına gəlir və otaqda erməni ilə söhbətləşən macar zabitindən onları tək qoymasını xahiş edir. Ramillə təkbətək söhbətdən qorxan erməni macar zabitinin otaqda qalmasını istəyir. Lakin Ramil macara bu söhbətin yalnız ikisinə aid olduğunu başa salır.


Ramil baltanı çıxararaq erməni zabitinin indiyə qədər danışdığı həqarətlərə görə üzr istəməsini tələb edir. Özünü itirən erməni zabiti Ramilə yalvararaq, elədiyi həqarətləri bir zarafat kimi qələmə vermək istəyir. Ramil isə ona «Mənim səninlə zarafatım yoxdur, biz düşmən millətlərik, müharibəmiz də hələ davam eləyir. İndi bu diktofonu işə salıram. Mənim xalqımı təhqir etdiyinə görə üzr istəməlisən və dediklərinin öz xalqın haqda olduğunu burda öz dilinlə deməlisən!” deyir.


Erməni diktofon qarşısında bayrağa və təhqir etdiyi şəhidlərimizə görə üzr istəyir. Sonra da ucadan öz millətini təhqir eləyir. Ramil isə ona «Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdur!” deyib, onu baltalayır.
Ramilin vəkilinin ifadəsi və məlum səs yazısı…


Ramil Səfərovun vəkili Adil İsmayılov da zabitimizin Markaryanı yatdığı yerdə öldürmədiyini qəti şəkildə bildirib.


«Ramil Səfərov Qurgen Marqaryanı yatan yerdə öldürməyib! Bu, məhkəmənin hökmündə aydın şəkildə qeyd olunub”, – A. İsmayılov bu sözləri 2012-ci ildə mediaya açıqlamasında deyib.


A. İsmayılov vurğulayıb ki, Ramilin atasının bəhs etdiyi səs yazısını zabitimiz görüşlərin birində onun özünə verib və həmin səs yazısını atası şəxsən dinləyib.


Bu fakt Ramilin Markaryanı yatan yerdə öldürmədiyini, onunla üzbəüz söhbət edib üzr istəməsini tələb etdiyini bir daha sübuta yetirir.


Məhkəmə zamanı Qurgen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi də təsdiqlənib.

Məhkəmə protokollarında nə yazılıb?
R
əsmi məhkəmə protokollarında deyilir ki, 2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur. Burada avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya vermir və qarşı tərəfin üzr istəyəcəyini gözləyir. Erməni zabit isə üzr istəmir.


Daha sonra universitetə döndükdə isə R. Səfərov eşidir ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyur və gülürlər. Mahnının bəzi yerlərində «Qarabağ-Arsax” ifadələri səslənir və daha sonra onlar ermənicə söyüş söyürlər.


Bu hadisədən bir neçə gün sonra R.Səfərov dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurur.


Erməni mediasının yayımladığı bu məhkəmə protokolunda Azərbaycan bayrağının təhqir edilməsi məsələsi də öz əksini tapıb.


Fevralın 16-sı axşam saat 22:00 radələrində müttəhim (R.Səfərov) dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olur. Həmin söhbətdə Azərbaycan bayrağ məsələsi də hallanır. R.Səfərov eşidir ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.


Sənədin «Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var. Bildirilir ki, Ramil saysız-hesabsız təhqirlərdən sonra Qurgen Markaryanı öldürməyi qərara alıb və tarix kimi 1992-ci il 26 fevralını (Xocalı soyqırımının ildönümünü – red.) seçib. Lakin Qurgen Markaryanın Azərbaycan bayrağı ilə bağlı təhqirlərini davam etdirməsi Ramili özündən çıxarıb və o, erməni zabitini məhv edib.


Bütün bunlar – Ramil Səfərovun atası Sahib Səfərovun müsahibəsi, vəkil A. İsmayılovun dedikləri, eləcə də məhkəmə protokolları R.Səfərvun erməni Qurgen Markaryanı yatan yerdə öldürmədiyini bir daha sübuta yetirir.
Qurgen Markaryanla bağlı bir digər önəmli məqam da onun ailəsi ilə bağlıdır. Deyilənə görə, Ramil Səfərovun öldürdüyü Qurgen Markaryanın mənsub olduğu nəsil psixoloji cəhətdən sağlam deyilmiş. Belə ki, Q. Markaryanın atası Artuş Markaryan 2013-cü ildə intihara cəhd edib. O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. Təcili şəkildə xəstəxanaya çatdırılan Artuş Markaryanı həyatını xilas etmək mümkün olub.


Qeyd edək ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.


Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunan Ramil Prezidentin sərəncamı ilə elə həmin gün əfv olunub və Orduya bərpa edilib.

6 may 2020-ci ildə Avropa Məhkəməsi Markaryan ailəsinin iddiası əsasında işlə bağlı qərar elan edib. Qərarda Markaryan ailəsinin Azərbaycan və Macarıstan dövlətinin üzərinə öhdəlik qoymaqla bağlı tələblərindən imtina edilib.


Buna baxmayaraq, R. Səfərovun ekstradisiyası və əfvi məsələsində beynəlxalq hüququn pozulması hallarının baş verdiyi qeyd edilib.
Azərbaycana yalnız vəkil xərci olaraq qarşı tərəfə 15 min avro ödəmək məsuliyyəti qoyulub.

Son söz olaraq, bildiriş: Ramil Səfərova deyil, erməni yalanlarına inanan və yayanlar ermənilərə işləyənlərdir.

Ya da ki, Markaryana laylay deyib yatırdan bunlar imiş. Sanki bu öz eloğlumuza deyil, ölmüş erməniyə inananlar Markaryanla bir yataqda imişlər…

Bu Bayraq uğrunda, Torpaq uğrunda, Məmləkət uğrunda döyüşənlərə salam olsun!

Bu savaş bitməz!

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 7
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •