AZƏRBAYCANLI JURNALİST KORONAVİRUSDAN VƏFAT EDƏN ANASININ DƏFNİNƏ QATILA BİLMƏDİ

Koronavirusa yoluxmuş jurnalist Anar Cəfərsoy sosial şəbəkədə paylaşım edib: «Allahdan gəldik, Allaha da qayıdacağıq» bəyan edən Uca Rabbimiz, bütün canlıların ölümü dadacağını çatdırıb.

Bütün varlığım, tacım, canım Ana, koronavirusdan sənin həyatını xilas edə bilmədik, cəhdlər alınmadı, bacarmadıq, vida görüşündən də kənarda qaldım. Allahın əmri qarşısında hər kəs acizdir. Uca Rabbimin lütfünə, mərhəmətinə, məğfirətinə tam əminəm. Atamı itirəndə də fədakarlığın, sonsuz zəhmətinlə bizi çiyinlərində daşıdın Ana. Allah anamı, atamı qəbr əzabı, cəhənnəm atəşindən qorusun, cənnətlik etsin. Anam Zöhrə, atam Kamil, rahat olun.

Allah rizasını dərk edərək, son nəfəsimizə kimi üç qardaş olaraq Vətənə, millətə, xalqa, insanlara düzgün xidmət etməyə davam edəcəyik.

Xatırladaq ki, Azərbaycanlı jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb. Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z. Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə, bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: