20 Yanvar batalyonu Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etdilər

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimovun verdiyi məlumata görə, 20 Yanvar batalyonu tərkibində döyüşə yollanmış müharibə veteranları, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov və şöbə üzvləri, AVMVİB sədrinin müşaviri Şahin Ağayev Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.

Veteranlar Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Şəhidlərin qisasının tezliklə alınması və torpaqlarımızın düşmən tapdağından azad edilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, karantin rejiminin qaydalarına əməl olunub.

Elnur Səlim

Bu xəbəri paylaşın: