Dostum koronavirus Lazıma dönüb…

На изображении может находиться: Elnur Səlimov

Elnur Səlim

Paşinyan hakimiyyətə gələndən Ermənistanı inkişaf etdirməyə çalışır.

Amma gedib zibilxanalarda dəmir yığmaqdan tutmuş, nazirləri həbs edib milyonlar qopartmağadək, qızıl çıxaran müəssisələrə əl qoymağadək əl atsa da bu perespektivsiz ölkə günbəgün Maşallahın inəyi kimi dala gedir. Fars qardaşları da haxçıx iyinə gəlib qurduğu müəssisələr koronavirusa görə dayanıb. Həm işğal etdikləri Qarabağda, həm də İrəvanda farsların tir «şoferlərinin» ümidinə qalan Ermənistan Paşinyanın ilk günlər «bizə virus heç nə edə bilməz» dediyi koronavirusa təslim olub.

Əlbəttə ki, Paşinyan öz xalqının bütün viruslardan pis olduğunu bildiyinə görə belə demişdi. Çünki virus virusa neyləyə bilər ki?

Amma erməni adlı virus mənfi yüklü olduğuna görə, müsbət yüklü koronavirus əlini murdar ermənilərə də buladı. Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, bir milyon nəfərə düşən koronavirus xəstəsi sayına görə Fransa və İranı üstələmişik, Rusiya ilə bərabər vəziyyətə gəlib çıxmışıq.

Hadisələr belə templə davam edərsə, biz artıq İtaliyanı da haqlayacağıq.

Epidemiyanın yayılmasının belə bir tempi avtomatik olaraq ağır və son dərəcə ciddi hadisələrə, ölüm hallarının artmasına səbəb olur. Bu vəziyyətin səbəbi anti-epidemioloji qaydalara kütləvi şəkildə riayət edilməməsi və vətəndaşlarımızın epidemioloji xəbərdarlıqlara ciddi yanaşmamasıdır, – bu sözləri Paşinyan brifinq zamanı deyib.

O bildirib ki, bu gündən etibarən Ermənistan Nazirlər Kabineti adından İrəvan küçələrində Fövqəladə Hallar Nazirliyinin maşınlarının köməyi ilə insanlara maska taxılması, sosial məsafə saxlanılması, əllərin vaxtaşırı dezinfeksiya edilməsi ilə bağlı çağırışlar edilir.

Beləcə Paşinyan rekord qırmasa da, anti rekord qıra bildi. Bu gün də dostum koronavirusdan xoş xəbərlər almaqdayam. Alınan məlumata görə, bu gün də Ermənistanda virusa yeni yoluxanların sayı 251 nəfər olub. 20 nəfər sağalıb, 7 nəfər isə ölüb.

Ümumi yoluxanların sayı 8927 nəfər, indiyədək ölənlərin sayı isə 175 nəfər olub. Hazırda 5435 nəfər müalicə alır.

Xəstəxanalarda yer olmadığı üçün ermənilər evlərdə müalicə almaq məcburiyyətindədirlər.

Yəni dostum koronavirus inamla irəliləyir. Koronavirusa dost deməyim, kimlərinsə xoşuna gəlməyəcək. Xüsusən də dayısı, xalası o üzdə olanların mənə acığı tutacaq. Neyləyək ki, «düşmənimin düşməni mənim dostumdur» prinsipiylə yanaşsaq, koronovirus mənim dostum olur.

Sonda dostum koronavirusla bağlı bir duam var: «Qoy Allah xalqımı bu dostumdan qorusun, düşmənlərlə özümüz də bacararıq».

Daha bir deyimi də xatırladım: «Dost vardır qida kimidir, onu həmişə axtararsan. Dost vardır, dərman kimidir, lazım olduğu an axtararsan. Dost vardır xəstəlik kimidir, onu axtarmazsan o səni tapar. Dost da var ki, koronavirus kimidir, daim Ermənistanda olmasını istərsən»…

Bu xəbəri paylaşın: