2500 zabitin müəllimi — Rafiq Baxşəliyev

AVMVİB -nin fəxri üzvü, professor, prezident təqaüdçüsü Rafiq Baxşəliyevin 81 yaşı tamam oldu.

Rafiq Baxşəliyev ADPU-da ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinin yaradıcılarındandı. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsüylə açılmış bu fakültə, keçmiş SSRİ-də üçüncü ixtisaslaşmış fakültə sayılırdı. Məhz bu fakültənin açılması sayəsində Rafiq müəllimin dekan olduğu dövr ərzində 2500 zabit yetişdirildi və müharibə illərində Milli Ordumuzun yaradılmasında bu zabitlərin misilsiz xidmətləri oldu. Onların arasında onlarla şəhid və Milli Qəhrəmanlar var.

Это изображение имеет пустой атрибут alt; его имя файла - 1s.jpg

ADPU-nun tərbiyə işləri üzrə prorektoru olmuş, professor Rafiq Baxşəliyevi ad günü münasibətiylə, şəxsən təbrik edən AVMVİB sədri Füzuli Rzaquliyev, R. Baxşəliyevi 2500 nəfər zabitin müəllimi adlandırdı. AVMVİB adından, həmçinin tələbə yoldaşları adından əziz müəllimləri olan Rafiq Baxşəliyevi təbrik edərək, uzun ömür, can sağlığı və onun rəhbərliyi ilə zabit olmuş şəxslərinəliylə zəfər bayrağını Xankəndindən asmaq sevincini arzuladı.

Təbriklər, Rafiq müəllim, çox yaşayın!

Bütün gözəlliklər sizin olsun!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •