Tramp yeraltı sığınacağa qaçdı — Ölü və yaralılar var — FOTOLAR

 ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyaları davam edir.


Fedai.az xəbər verir ki, bu gün Ağ Evin qarşısında polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib. Xeyli sayda ölü və yaralı olduğu deyilir. 


Bazar günü ictimaiyyət arasında görünməyən ABŞ Prezidenti Donald Trumpın Ağ Evin altındakı sığınacağa aparıldığı məlum olub.


Komendant saatına baxmayaraq, ABŞ-ın demək olar ki, hər şəhərində küçələrdə polislə toqquşma yaşanır. Hər yerdə talan və xaos var. (redaktor.az)

Bu xəbəri paylaşın: