AVMVİB NTK sədri Niyazi Quliyev: «Rayon şöbələrində yoxlamalar aparılacaq»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev birliyin 2020-ci il üçün planlaşdırdığı işlər haqqında açıqlamalar verdi.

AVMVİB NTK-nın sədr Niyazi Quliyev bildirdi ki, 2020-ci ildə AVMVİB rayon və şəhər şöbələrinin təftiş edilməsi və tərtib olunmuş iş qrafikinə əsasən il ərzində bütün şöbələrin yoxlanılması planlaşdırılıb. Yoxlamalar bütün sahələri əhatə edəcək.

На изображении может находиться: 1 человек, костюм

«Yoxlamanın məqsədi nədir?» sualını cavablandıran N. Quliyev dedi: «Fəaliyyətsiz şöbələrə lazımı köməkliyin göstərilməsi birinci şərtdr. Fəaliyyətsiz şöbələr haqqında yoxlamanın nəticələrini nəzərə alaraq, AVMVİB rəhbərliyi və İdarə Heyyəti qarşısında təqdimat veriləcək.

Hesab edirəm ki, fəaliyətsiz şöbələr haqqında üzvlər tərəfindən müraciət edilməsi və həmin şöbə sədrlərinin yenisi ilə əvəz edilməsi daha məqsədə uyğun olardı.Elə şöbələr var ki, sırf şöbə sədrinin öz yerində olmaması səbəbindən fəalliyyətini qura bilmir. Elə şöbələr var ki, bir əldə iki və daha çox qarpız tutmağa çalışır. Elə şöbələr də var ki, bəzi məmurların yürütdüyü dərəbəylik hesabına öz fəaliyyətlərini qura bilmirlər. Ölkə rəhbərinin belələrinə qarşı apardığı mübarizədə onun yanındayıq və bu neqativləri üzə çıxararaq Ali Baş Komandanımıza dəqiq məlumatlar verməliyik. Çünki prezident dəfələrlə qeyd edib və göstəriş verib ki, Qarabağ uğrunda döyüşmüş insanlara diqqət və qayğı artırılmalıdır. Yəni bu yoxlamaların bir məqsədi də bu neqativ halların üzə çıxarılaraq ictimailəşdirilməsi və ölkə rəhbərinə belələri haqqında müraciətlər edilməsidir.»

Hal-hazırda AVMVİB-nin neçə şöbəsinin fəaliyyət göstərməsi ilə bağlı sorğuya cavab olaraq AVMVİB NTK sədribildirdi ki, AVMVİB-nin hazırda 76 rayon və şəhər şöbəsi fəliyət göstərir.

Şöbələrin ofisləri, demək olar ki , AVMVİB rayon və şəhər şöbələrinin ofisləri məhdud haldadır, yerlərinin olmaması onların fəaliyətinə mənfi təsir göstərir. Bir çox şöbələr üzvülərin köməkliyi ilə icarə yerləri götürərək öz fəliyətini həyata keçirirlər. Dəfələrlə yerli İcra Orqanlarına və Əmlak Komitəsinə məktubla müraciət etsək də bu baradə köməklik göstərilməmişdir. Bu xüsus «Veteranlar haqqında» Respublika Qanununun 8-ci maddəsində aşkar göstərilib: «Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.»

Yaxud da 10-cu maddədə deyilir: «Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.

Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.» Biz illərdir ki, onlarla məmura bu qanunun tələblərini izah edə bilmirik. Deyəsən sərf etmədiyi üçün, özlərini başa düşməməzliyə vururlar. Amma bu qanunun tələblərini pozan məmurlara qarşı ciddi cəza tədiri, yaxud cərimə tətbiq edilsə, Qanun işlək hala gələr və problemlər də qismən həll olunar. Buna əminəm.»

Şöbələrin maddi vəziyəti haqqında danışarkən Niyazi Quliyev bir sıra maraqlı məqamlara toxundu: «Qeyd etməliyəm ki, AVMVİB bütün şöbələri öz fəaliyətini ictimai əsaslarla, könüllülük əsasında həyata keçirir və bu, onların ən böyük fədəkarlığıdır. Heç bir təməna güdmədən şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına öz hesablarına köməklik göstərirlər. Bunun özü bir döyüşçülükdür. İllərdir ki, müharibə veteranları birgəyik və hər bir problemin həllində də, yaxşı və pis gündə də bir yerdəyik.

Hətta heç bir maliyyələşmə olmasa da, Nazirlər Kabineti yanında Operativ Qərərgahın verdiyi müvafiq qərara əsasən mart-aprel və may aylarında, pandemeya dövründə «Evdə qal» kampaniyası vaxtı, AVMVİB rayon və şəhər şöbələrinin əksəriyyəti öz şəxsi əlaqələri, imkanları hesabına imkansız şəhid ailələrinə, əlilərə və veteranlara mənəvi və maddi (ərzaq) köməkliklər etdilər. Bu haqda Fedai az. və Veteran az. saytlarında geniş məlumat verilmişdir.

Fəaliyyəti zəif olan şöbələrlə bağlı sorğumuza cavab olaraq dedi: «Masallı, Siyəzən, Astara, Neftçala, Cəlilabad, Şəki rayon şöbələrini göstərmək olar. Demək olar ki, bu şöbələr fəaliyyət göstərmirlər. Bölgə veteranlarından bu barədə müraciətlər alırıq. Bu şöbələrin bərpasına çalışacağıq.»

Şöbələrin başqa təşkilatlarla əməkdaşlığı haqqında danışarkən, bildirdi ki, AVMVİB şöbələri başqa qurumlarla əməkdaşlıq edə bilərlər və aralarında bununla bağlı birgə əməkdaşlıqla bağlı müqavilə bağlaya bilərlər.

Lakin onların fəaliyətini şöbədə icra edilməsi, AVMVİB Nizamnaməsinin IV bəndinin 4.3 maddəsinə ziddir (Birliyin numayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.)

Əgər təşkilatın üzvü İctimai Birlikdə vəzifə daşıyırsa, o başqa qurumda üzv ola bilməz, həmən şəxs tutduğu vəzifədən Ərizə yazaraq çıxdıqdan sonra başqa təşkilatda üzv ola bilər. Hər kəs Nizamnamənin müddəalarına və İdarə Heyətinin qərarlarına əməl etməyə borcludur. Bu sahədə nəzarət gücləndiriləcək.

AVMVİB-nin üzərində işlədiyi «Müharibə Veteranları haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi haqqında NTK sədri N. Quliyev dedi: «Bildirirəm ki, bəzi təklif və əlavələrim vardır. Bunu da müzakirələrdə bildirəcəyəm.

Bütün şöbələrdən xahiş edirəm ki, layihə haqqında rəy və təkliflərini hazırlayıb AVMVİB-nə çatdırsınlar (Veteran az. və Fedai.az saytlarında layihə ilə tanış ola bilərlər). Bu müzakirələrdə yaxından iştirak etmək vacibdir.»

N. Quliyev, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan zabiti Ramil Səfərovla bağlı verdiyi qərara münasibət bildirərək, dedi: «Avropa İnsan Haqları Məhkəməsi çox maraqlıdır ki, Ermənistandan, Dağlıq Qarabağdan, 7 rayondan qaçqın — köşkün düşmüş soydaşlarımız haqqında və nəhayət 1992-ci il fevralın 26-da Xocalı soyqrımını təşkil edən erməni daşnaklarına qarşı heç bir qərar çıxartmadığı halda, bir erməni dığasının ölümü ilə bağlı qərar verir.

Azərbaycanın igid övladı Ramil Səfərov kimi qeyrətli, vətənpərvər övladlarımızın daima yanındayıq və çıxarılan qərarı əhəmiyətsiz sayıram.

Azərbaycan Dövlətinə qarşı ikili standart sərgiləyən qurumlardan birdəfəlik imtina etmək lazımdır və ATƏT-in Şuşada «tac qoyma» mərasiminə heç bir reaksiya verməməsi kifayətdir ki, Azərbaycan Dövləti bu qurumla əlaqələrini dayandırsın. Bu qurumun bölgədə fəaliyyəti yalnız gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Müharibə veteranlarının, bir arzusu var, o da torpaqlarımızı hərb yolu ilə, döyüş meydanında işğaldan azad etməkdir. Hər bir Azərbaycan vətəndaşı düşmənə qarşı müharibəyə hazır olmalıdır.

Biz Müharibə Veteranları Ali Baş Komandanın əmrini gözləyirik, bu arzunun ürəyimizdə qalmayacağına əminəm.

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •