Moskva Nikolun koronavirusuna inanacaqmı?

Doğurdanmı Paşinyan koronavirusa yoluxub?

Ermənistanın baş naziri Nikol Paşinyan video yayımlayaraq bildirib ki, o, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxublar.
«Deyəsən torbada PİŞİK var.»

Bu barədə Artur Ğazinyan adlı erməni yazır: «Bu ziyafətdə Nikol Paşinyan artıq koronavirusa yoluxmuşdu. Bax şəkil:

На изображении может находиться: 1 человек, стоит и еда

Bu, Paşinyanın bütün ömrü boyu fəxr edə biləcəyi məsuliyyətsizliyi və cəsarətsizliyilə bağlı yeni bir anti rekordudur. O, Ermənistanın tarixində ən yersiz, həyasız və məsuliyyətsiz baş nazir hesab olunur.»

İsmayıl Tanrıverdi

P.S. …

Erməni mətbuatına Paşinyan test nəticələrinin pozitiv çıxdığını açıqlayıb: “Dünən məlum oldu ki, koronavirus infeksiyası üçün verdiyim test pozitiv olub. Heç bir simptomum yox idi, amma səfərə getməli olduğum üçün testdən keçməyə qərar verdim. Bütün ailə üzvlərinin test nəticələri müsbət çıxdı. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

Baş Nazir pandemiyaya bir ofisiantdan yoluxduğunu söyləyib: “Ehtimal edirəm ki, iş toplantısı zamanı koronavirusa yoluxmuşam. Bildiyiniz kimi, bu cür iclaslarda masaya su ilə stəkan qoyurlar. Bizə qulluq edən şəxsin əlcək geymədiyini gördüm. Yerindəcə ona stəkanı dəyişdirməyi təklif etdim”.

Daha sonra o, ofisiantda COVID-19 aşkarlandığını söyləyib.

Əslində isə Paşinyan bu yolla Moskvada keçiriləcək parada getmək istəmir. Babası kimi o da elə faşist Njdenin yanında qalmaq üçün bu oyunu oynayır. İllərcə Rusiyanın pulları ilə bu anti qəhrəman faşistdən qəhrəman qayıra bilməyən ermənilərin paraddan yayınmaq üçün dadlarına koronavirus çatıb. Görək Moskva Nikolun koronavirusuna inanacaqmı? Moskva göz yaşlarına inanmasa da ermənilərə çox inanır…

На изображении может находиться: один или несколько человек

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •