Prezidentdən uşaqlarla bağlı vacib SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Fedai.az BAKU.WS-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bu xəbəri paylaşın: