2019-cu ilin dövlət büdcəsi uğurla icra edilib — Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib

2019-cu ildə şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə mübarizə öz effektiv təsirini göstərib. Bu, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. Nəticədə ötən il dövlət büdcəsinin xərcləri proqnozlaşdırılandan aşağı olub. Belə ki, büdcə xərcləri 25 milyard manat proqnoza qarşı 24.5 milyard manat təşkil edib.

2019-cu ilin dövlət büdcəsi uğurla icra edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib. Ölkənin valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirən Nazir bununla belə dövlət büdcəsinin icrası ilə bağlı heç bir problemin olmadığını deyir.

Karantin müəyyən müddət oldu sözsüz ki bunun da müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında baş verən prosesləri biz yaxından izləyirik. Büdcənin icrası ilə bağlı hər hansı problem yoxdur. Hətta çox gözəl hal ondan ibarətdir ki, bizim büdcəmizdə 5 ayın nəticəsi olaraq kifayət qədər profisit var. 500 milyon manat artıq operativ məlumatlar göstərir ki, bizdə profisit yaranıbdır.

Millət vəkili Vüqar bayramov 2019-cu ilin dövlət büdcəsində bəzi sahələr üzrə proqnoz və icra arasında kəskin fərqin olmasına diqqət çəkib.

Məsələn sosial müdafiə və sosial təminat üzrə tədqiqatlar bölümündə icra 39.7 faizdi. Yəni bu o deməkdir ki, əslində həmin istiqamət üzrə proqnozlaşdırılan hər 100 manatdan hətta 40 manatı belə xərclənilməyib. Yəni nəzərə alsaq ki söhbət yalnız 1 fiskal ildən gedir və proqno üzrə yalnız 40 faiz xərc icra olunubsa, nəticə etibarilə bu ya proqnozun doğruluğu və ya fundamental əsaslar olmalıdır ki, belə bir böyük fərq yaransın.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində bir sıra tədbirlər görülür. Aparılan islahatların nəticəsi olaraq 2019-cu ildə qeyri-neft sənayesinin istehsalı 14 faiz, kənd təsərrüfatı istehsalı 7.3 faiz artıb.(atv.az)

Bu xəbəri paylaşın: