Tarixin 10 ən məşhur vətən xaini – SİYAHI

Tarixdə vətənə xəyanətləri ilə yaşayan ən məşhur 10 vətən xaininin siyahısı hazırlanıb. AzNews.az Türkiyə mətbuatına əsasən 10 nəfərin adının daxil edildiyi siyahını oxucularına təqdim edir:

1. Mordeçai Vanunu — 1980-cı illərdə İsraildə nüvə texniki kimi çalışıb. 1986-cı ildə İsrailin sahib olduğu nüvə silahları ilə bağlı məlumatları satmaqda günahlandırılır. Bu xəyanətinin üstü açıldıqdan sonra «Mossad» tərəfindən həbs edilərək 18 il həbsə məhkum edilib. Bu cəzanın 11 ilini təkadamlıq kamerada keçirməli olub. Azadlığa çıxdıqdan sonra Nobel Sülh mükafatını alıb.

2. Vang Jinqvei: Çin Milliyətçi Partiyasında xidmət edən bu şəxs 1937 –ci ildə Yaponiyanın Çini işğalı zamanı ölkəsinə yox, Yaponiyaya xidmət etməsi ilə tarixə düşüb. 1944 – cü ildə Yaponiyanın təslim olması ilə əlaqədar həyatını itirib. Bu gün Çinin ən böyük vətən xaini kimi tanınır.

3. Yehova İşkaryot: «İşkaryot» latın dilində «qatil» mənasını verir. Bu şəxs İsa peyğəmbəri son şam yeməyində 30 gümüş qarşılığında satıb. Daha sonra etdiklərindən peşiman olaraq intihar edib.

4. Vidkun Quislinq: Norveçin Müdafiə Nazirliyində çalışıb. 1933-cü ildə Milli Birlik adlı faşist partiyası yaradıb. 1940-cı ildə nasistlərin Norveçi işgal etdiyi zaman öz partiyası ilə bərabər onlara xidmət edib. 1945-ci il mayın 9-da yaxalanaraq edam edilib.

5. Malisli Efialtes: Miladdan öncə 480-ci ildə «Fermopil» müharibəsində fars ordusuYunanistana hücum edib. Bir milyondan çox əsgəri olan bu ordunun qarşısına Yunanıstanın çox az saylı ordusu çıxıb. 2 gün vuruşan Leonidas və rəhbərlik etdiyi yunan ordusu 3-cü gün pərən-pərən salınıb. Səbəbi isə Efialtesin fars kralına gizli yolları göstərməsi olub.

6. Mir Cəfər — Benqallı Mir Cəfər 1757-ci ildə İngiltərə ilə gizli saziş bağlayıb. Sazişə görə, «Plassey» müharibəsində o, Benqalın o zamankı lideri olan Sirac -Ud-Dalahı ələ verəcəkdi. Bunun qarşılığında isə yeni lider Mir Cəfər olacaqdı. Ancaq 2 il boyunca ingilislərə rüşvət verməsinə baxmayaraq məqsədinə çata bilmədi.

7. Markus Junius Brutus — Roma Senatının üzvü olub. Daxili müharibədə Sezara qarşı vuruşub, ancaq Sezar ona mərhəmətli davranıb. Bundan sonra Markus Sezara qarşı ittifaqa daxil olub və ona sui-qəsd düzənlənyib. Sezar ona sui-qəsd edənlər arasında Markusu görəndə «`Sən də Brut?» deyə sual edib.

8. Benedikt Arnold: 1741-ci ildə dünyaya gələn Benediktin ailəsi ticarətlə məşğul olurdu. Ancaq Amerika Konqresi onun müharibə üçün xərclədiyi vəsaiti geri vermədi. Bu isə Benedikti ingilislərlə yaxınlaşdırdı və Benedikt onların tərəfinə keçdi.

9. Guy Favkes — 1593-cü ildə katolik olan ingilis Guy Favkes İspanyada katoliklərlə birlikdə hollandiyalı protestantlara qarşı vuruşub. Daha sonra Tomas Vintour ve Robert Catesbi ile tanış olub. Onlar protestant krala sui-qəsd planlaşdırırdılar. Parlament binasını partlatmağı düşünən sui-qəsdçilər 36 qutu barıtı qorumağı Favkesə etibar etmişdilər. Ancaq o, vəzifəsinin öhədsindən gələ bilmədi və qarşı tərəfin əsgərləri tərəfindən həbs edilərək edam olundu.

10. Senator Longinus: Romadaxili müharibədə Pompeylə bərabər vuruşub. Ancaq Pompeyin uduzduğunu görərək Çanaqqala boğazına qaçıb. Çox keçmədən Sezar tərəfindən yaxalanıb və Romaya qaytarılaraq bütün səlahiyyətləri əlindən alınıb. Bundan əsəbləşən Longinus Sezara hücum edərək onu 23 dəfə bıçaqlayıb.

Elnarə Əlosmanqızı
AzNews.az

Bu xəbəri paylaşın: