Stalin Leninə “Erməni millətçilərinə etibar etməyin!” deyib — TARİX

Türkiyə ilə Rusiya arasındakı əməkdaşlığın inkişafı ABŞ-ın Yaxın Şərqi tərk etməsi, Şərqi Aralıq dənizini itirməsi və Qara dənizə girə bilməməsi ilə nəticələnək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyet” qəzeti Rusiya-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 100 illiyinə həsr olunmuş məqaləsində yazır.

Qəzetin yazdığına görə, Türkiyə və Rusiya 100 il boyunca böyük bir bölgəni ortaq nəzarətdə saxladılar və indi dünya gözümüzün önündə dəyişdikdə, Ankara və Moskva 100 il əvvəl olduğu kimi bir daha bir-birlərinə yaxınlaşdılar.

“Müharibənin büdcəsini qorumaq üçün Mustafa Kamal bolşeviklərlə ittifaqa girdi və onlardan həm maddi, həm də hərbi dəstək aldı. Rusiyanın İstanbuldakı Baş Konsulluğu tərəfindən nəşr olunan sənədlərin bir hissəsi bu xüsusi yardıma həsr olunmuşdur. Bunlar bolşeviklərin Kamalistlərə verdiyi hərbi yardımla bağlı tarixi sənədlərdir: iki tərəfin bağışladığı 10 milyon qızıl rubl, iki döyüş kateri, 22 təyyarə, 33 min tüfəng, 327 pulemyot, 54 artilleriya qurğusu, 58 milyon patron… “, Cümhuriyet yazır.

Türk qəzeti məqaləsində 100 il əvvəl Sovet rəhbərliyinin daşnak Ermənistanın ərazisini Türkiyə ərazisi vasitəsi ilə böyütməsini sərt şəkildə rədd etdiyi hadisələrə də toxunub.

“Stalin Türkiyə nümayəndə heyəti ilə danışıqlardan sonra Leninə çox vacib bir məktub göndərir: “Yoldaş Lenin, mən dünən bildim ki, (Xarici İşlər üzrə Komissar) Çiçerin bir vaxtlar Türklərə Ermənistanın xeyrinə Van, Muş və Bitlisin təmizlənməsi ilə bağlı axmaq və təxribatçı bir tələb göndərib. Ermənilərin bu imperialist tələbi bizim tələbimiz ola bilməz. Çiçerinə millətçi ermənilərin diktəsi altında türklərə notların göndərilməsini qadağan etmək lazımdır” deyə qəzet sənədli məlumatları xatırladır.

Babək Göyüş                              

Bu xəbəri paylaşın: