ERNƏNİSTANDA YENİ SİLAH QALMAQALI

Ermənistan Rusiyadan 3,5 milyon dollarlıq silahı 27 milyon dollara alıb.

Köhnəlmiş silahların alınması tarixinin yeni qəhrəmanları haqqında açıqlamalar gündəmi zəbt edib.

Son günlərdə Ermənistanın baş naziri Nikol Paşınyanın da adı hallanan səs -küylü silah alveri məsələsi ölkədə geniş müzakirələrə səbəb olub. Hələ keçən il bu haqda erməni mətbuatında yazılar getmişdi.


Belə ki, bu işin əsas təşkilatçılarından olan «PATRON» ləqəbli David Qalstyan (şəkildə) hələ Qazaxıstanda olarkən, özünə məxsus gecə klubunda general Yuri Xaçaturovla görüşərək yaxın dost olmuşdular. Bundan sonra, Y. Xaçaturov onu Ermənistana «gətirdi» və öz ətrafındakılarla, o cümlədən keçmiş prezident Serj Sərkisyanın yaxın dostu — «SERJİ VAÇO» ləqəbli Vaçeqan Ğazaryanla da tanış etmişdir. Bundan sonra da Patron David (Qalstyan) onlarla «KİRVƏ — TANIŞ» əməliyyatına başlamaq qərarına gəldi.

O, adi bazarda qiyməti 10 min dollara olan tank əleyhinə olan «KORNET» raket silahlarını 15 — 20 dəfə baha «QARA BAZAR» qiymətinə satmaq qərarına gəldi və istəyinə də nail oldu.

Bir sözlə, o, bu silahları birbaşa Ermənistana öz qiymətinə gətirmək əvəzinə «qara bazar» qiymətinə satdı. Bundan xəbərdar olan Rusiya rəsmiləri sözün əsl mənasında Ermənistandan incimiş oldu və Qavid Qalstyanın adı isə RF-nın «qara siyahısına » salındı.

На изображении может находиться: 2 человека, костюм и борода
На изображении может находиться: на улице


Erməni mətbuatı isə bu işdə baş nazir N. Paşinyanın da əli olduğunu iddia edərək yazır: «Baş nazir Nikol Paşinyana soruşmaq lazımdır ki, Müdafiə Nazirliyinin birbaşa satın alacağı silahları nəyə görə Vaço Sanikin ofşor şirkəti tərəfindən həyata keçirilir? Niyə MN-i silahları özləri almir, ancaq xarici ofşor şirkətlər vasitəsi ilə alırlar?»

Нет описания фото.
На изображении может находиться: на улице, текст «NEWSPRESS.am»
На изображении может находиться: один или несколько человек, люди стоят, небо и на улице


N. Paşinyan bu suallara cavab verməkdə çətinlik çəkəcəksə, bu, o deməkdir ki, bütün bunlar korrupsiya və talan məqsədi ilə edilib, çünki bu metod korrupsiya üçün ən əlverişli mexanizmdir. Xarici ofşor şirkətləri ancaq belə «ÇİRKLİ» məqsədlər üçün istifadə olunur.


İndi əsas məsələ hələ də cavabsız qalır. Görəsən 3,5 milyon dollarlıq köhnə və yararsız silahlar üçün büdcədən xərclənmiş 27 milyon dolların 23,5 milyon dolları üçün kim cavab verəcəkdir?

На изображении может находиться: İsmayıl  Tanrıverdi, на улице

İSMAYİL TANRIVERDİ

BDU-nun Erməni araşdirmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi.

Bu xəbəri paylaşın: