M. Zaxarova: “Dağlıq Qarabağ probleminin həlli çox yubandı…”

«Hərb variantını istisna etmək, Paşinyana təzyiq göstərmək və ölkəsinin geosiyasi maraqlarından çıxış edərək Zaxarova münaqişənin həllinin çox uzandığını dilə gətirib”.

Sfera.az-a açıqlamasında bu sözləri Risiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın mətbuat konfransında Dağlıq Qarabağ konfliktinə toxunarkən problemin həllinin çox uzanması barədə sözlərinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Politoloqun sözlərinə görə, bu açıqlamada Rusiyanın iki marağı var: «Belə açıqlama verməklə Moskva ilk növbədə Nikol Paşinyan hökumətinə təzyiq edir ki, Dağlıq Qarabağ probleminin həllilə bağlı masadakı müzakirə predmetinə yenidən qayıtsın. Söhbət mərhələli həll planından gedir. Məlum olduğu kimi, İrəvan hökuməti mərhələli həll planını süngü ilə qarşıladı. Buna cavab olaraq Kremlin münaqişənin həllinin çox uzanması barədə açıqlaması fonunda yenidən həmin məsələnin təkrarlanması Paşinyan hökumətinə təzyiq kimi dəyərləndirilməlidir. Kreml bununla demək istəyir ki, uzun müddət Paşinyanın nazı ilə oynamayacaq”.

N. Miri hesab edir ki, Zaxarovanın belə bir açıqlama ilə çıxış etməsi Rusiyanın özünün geosiyasi maraqlarından qaynaqlanır: «Moskva postsovet məkanındakı bütün nöqtələri yenidən öz orbitinə qaytarmaq istəyir. Yəni, həm nala, həm də mıxa vurmaqla, Rusiyanın geosiyasi maraqlarından irəli gələrək belə açıqlamalarla çıxış edirlər. Zaxarovanın həmin açıqlaması da bu mənada həmin niyyətə xidmət edir”.

Bu xəbəri paylaşın: