Hərb Yönümlü QHT-lər Ali Baş Komandana Müraciət etdilər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-Aliləri cənab İlham Əliyevə

MÜRACİƏT

Cənab Prezident!
Dövlətimizə rəhbərlik etdiyiniz ilk zamanlardan etibarən Ümümmilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətini uğurla davam etdirməyiniz, müstəqil Azərbaycanın inkişaf strategiyasını yeniləşən müasir dünyanın tələblərinə uyğun hazırlanaraq mütərəqqi ideyalarınızla dövlətimizin dünya miqyasında öz layiqli yerini tuta bilməsi naminə yorulmaz fəaliyyətiniz bütün xalqımız tərəfindən böyük qurur hissi ilə qarşılanır.


Son bir neçə ayda isə Sizin müdrik qərarlarınız nəticəsində ölkə olaraq
COVİD-19 koronavirus pandemiyası ilə əzmkarlıqla mübarizə aparmağı bacarırıq. Vaxtında verdiyiniz qərarların, tapşırığınızla görülmüş tədbirlərin nəticəsidir ki, bəşəriyyətin bəlası olmuş pandemiyadan ölkəmiz minimum itkilərlə çıxmağa çalışır.


Cənab Prezident!
Cəbhə bölgəsində İrəvanın qədim Azərbaycan şəhəri olması ilə bağlı səsləndirdiyiniz fikirlər, Göyçə və Zəngəzurun tarixinə toxunmağınız xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. Siz bir daha dünyaya bəyan etdiniz ki, Ermənistan Respublikasının ərazisi bütünlükdə tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir zaman imkan verməyəcək. Sizin bu qətiyyətli fikirlərinizi hər birimiz bütünlükdə dəstəkləyir və təbliğ edərək öz fəaliyyətimizdə rəhbər tuturuq.


Siz çıxışlarınızda dəfələrlə bəyan edirsiniz ki, hər bir Azərbaycanlı milli-mənəvi dəyərlərimizə hörmət və ehtiram göstərməlidir. Siz şəhid ailələrinə, müharibə əlilləri və vetiranlarına hərtərəfli diqqət və qayğı göstərirsiniz.
Müstəqil Azərbaycan dövlətinin qüdrətinin artması bəzi dairələri narahat edir. Onlar müxtəlif üsullarla əhali arasında sabitliyi pozmağa və ruh düşkünlüyü yaratmağa çalışırlar.


Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə öyrədilmiş şəxslər tərəfindən davamlı olaraq hörmətsizlik edilir. Demokratiya və söz azadlığından çirkin məqsədləri üçün istifadə edənlər, sosial şəbəkələrdə şəhidlərimizi, şəhid ailələrini, muharibə əlillərini, vetiranlarını təhqir edirlər. Azərbaycan dövlətinə və prezidentinə qarşı davamlı olaraq çirkin kampaniya aparırlar. Sizdən xahiş edirik ki, bu şəxslərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cəzalandırılması üçün ciddi tədbirlər götürlməsi məqsədilə tapşırıqlar verəsiniz. Bu cür adamlar cəzasız qaldıqca, dövlətimizə və xalqımızın milli-mənəvi dəyərlərinə qarşı çirkin kampaniya daha geniş vüsət alır.


Əhalinin həssas kateqoriyası ilə daim yaxından işləyən hərbyönümlü QHT-lər olaraq bir daha Sizə sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir, tarixi torpaqlarımızın düşməndən təmizlənməsi və Azərbaycanımızın firavanlığı, tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirik. Uca Tanrı Sizi qorusun, cənab Prezident! Vətənin övladı, Azərbaycanın əsgəri olaraq hər zaman əmrinizdəyik, cənab Ali Baş Komandan!
Təklif

  1. Milli-mənəvi dəyərlərimizdən biri olan şəhidlərimizin, şəhid ailələrinin təhqir olunmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq maddə əlavə olunsun;
  2. Azərbaycan dövlətinə və prezidentinə qarşı mənəviyyatsız kampaniya aparanlarla bağlı hüquqi müstəvidə tədbirlər görülsün;
  3. Fuad Müradovun şəhid ailələrini təhqir etməsinə hüquqi qiymət verilsin, Milli Fədailər Hərəkatının fəaliyyəti ciddi şəkildə araşdırılaraq ləğv edilsin.

Səmimi hörmət və ehtiramla:

  1. Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev
  2. Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev
  3. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev
  4. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin sədri Məmmədhüseyn Sarıyev
  5. Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyinin sədri Məhəmməd Vəliyev
  6. Azərbaycan Çernobl Əlilləri İttifaqı ictimai birliyinin sədri
    Mirhəsən Həsənov
  7. “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev
  8. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli
  9. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma ictimai birliyinin sədri Elşən Uluxanlı
  10. Qarabağ Əlilləri və Veteranları ictimai birliyinin sədri
    Növrəstə Yusifova
  11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Sərraf Orucov
  12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği ictimai birliyinin sədri Roza Ayın
  13. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri
    Radə Abbas
  14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyinin sədri Maral Zeynalova
  15. Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı
  16. Erməni Təcavüzünün Tanıdılması ictimai birliyinin sədri
    Səriyyə Cəfərova
  17. Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri ictimai birliyinin sədri
    Xədicə Babayeva
  18. Qürur Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova
  19. Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” ictimai birliyinin sədri
    Nəzakət Həsənova
  20. “Məcburi-Köçkün Müharibə Veteranları” ictimai birliyinin sədri
    Əbil Zeynalov
  21. “20 Yanvar” ictimai birliyinin sədri Sultan Əzimzadə
Bu xəbəri paylaşın: