AVMVİB Polis Veteranları şöbəsindən saxta veteranın çağrışına kəskin reaksiya

AVMVİB Polis Müharibə Veteranları şöbəsi rəhbərliyi, özünü «polis müharibə veteranları cəmiyyətinin» təsisçisi kimi təqdim edən Ramiz Məmmədovun sosial şəbəkədə çıxışına sərt şəkildə münasibət bildirdi.

Açıqlamada deyilir: «Sosial şəbəkədə özünü güya «Polis Müharibə Veteranları Cəmiyyətinin təsisçisi» kimi təqdim edən və Azərbaycanda qiyamçı şəxs kimi tanınan, torpaqlarımızın ermənilər tərəfindən işğalında bu və ya başqa formada iştirak etmiş Sürət Hüseynova sosial şəbəkə vasitəsi ilə müraciət edən, özünü Ramiz Məmmədov adlandıran şəxs rəhbərlik etdiyim şöbənin nə üzvü, nə də ki, təsisçisi deyildir.

Hal-hazırda Polis Müharibə Veteranları şöbəsinin 1000 nəfərdən artıq üzvləri vardır. Onlar 1-ci Qarabağ müharibəsində iştirak edən sabiq polis əməkdaşlarıdırlar. Biz polis müharibə veteranları son vaxtlar respublikamızda ermənilərin dəyirmanına su tökməyə çalışan, həm xaricdə olan, həm də Azərbaycan Respublikasında fəaliyyət göstərən qüvvələri görür və onların hərəkətlərini pisləyirik. Bəzi şəxslərin isə, son günlər şəhidlərimiz, müharibə əlil və veteranlarına qarşı səsləndirdikləri etik normalara sığmayan sözlər deyənlərin isə qanun qarşısında cəzalandırlmasını tələb edirik.

Polis əməkdaşları istər xidmətdə olsun, istərsə də təqaüddə olmalarına baxmayaraq, həmişə dövlətin və dövlətçiliyin müdafiəsində öndə olmuş və ondə də olaraq qalacaqlar. Erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxarılması, yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında baş verməsinə inanır və Ali Baş Komandanın müharibə əmrini səbirsizliklə gözləyirik.

Kimsəyə də Polis veteranları adından çıxış etməlk səlahiyyəti verməmişik. Belə təxribatçılara isə bizim sıralarımızda yer yoxdur. Biz öz Komandanımızı tanıyır və müraciətimizi də ona ünvanlayırıq!

Hörmətlə,

AVMVİB Polis Müharibə Veteranları söbəsinin sədri, sabiq polis müstəntiqi Abbas Mayıl oğlu Hüseynov

Bu xəbəri paylaşın: