GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin dövlət televiziyasında Təbrizin tanınmış Liqvan pendir brendinə qarşı təxribat Güney Azərbaycan şəhərlərində etiraza səbəb olub.
Azərbaycanlılar və Azərbaycan şəhərlərindəki mağzalar təxribata alət olan Mihən Ağartı Şirkətinin məhsullarını boykot ediblər.
Qeyd edək ki, İranın “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” proqramının aparıcısı “Liqvan” pendirinin istehsalı prosesində sanitariya normalara əməl edilmədiyini iddia edərək, izləyiciləri Azərbaycan pendiri əvəzinə Tehranda istehsal olunan Mihən pendirini almağa çağırıb.
İrqçilik olan və eyni zamanda heç bir reklam qaydalarına uyğun olmayan bu hərəkət haqlı olaraq Azərbaycan türklərinin etirazına səbəb olub. Artıq Mihən Ağartı Şirkətinin məhsulları Azərbaycanda boykot edilib.