AVMVİB Xankəndi şəhər şöbəsi yaradıldı

AVMVİB Xankəndi şəhər şöbəsinin yaradılması qərara alınıb. AVMVİB sədri Füzuli Rzaquliyevin əmriylə yeni şöbəyə yeni sədr təyin olunub.


Müharibə veteranı Ramiz Yunus oğlu Ağayev AVMVİB Xankəndi şəhər şöbəsinə sədr təyin edilib.


Yeni sədri bu münasibətlə təbrik edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, bu təyinat fəaliyyətsiz şöbələrlə bağlı apardığımız işin davamıdır. Ona görə də biz öz içimizdən daha bacarıqlı və işgüzar veteranlarımızı irəli çəkirik ki, həm bölgə veteranlarının problemlərinin həllinə yardımçı olsun, həm də şöbənin fəaliyyətini bərpa edə bilsin. İnanırıq ki, Ramiz Ağayev bu işin öhdəsindən layiqincə gələcəkdir. Həmçinin Xankəndi şəhər şöbəsinə fəaliyyətində uğurlar diləyib.


Təyinat mərasimində AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, NTK sədri Niyazi Quliyev iştirak edirdilər.


Təbrik edirik!


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: