Paşinyanın daha bir təyyarəsi Voronejdə tutuldu – içərisində 16 ton qanunsuz siqaret olub

Rusiyanın Voronej şəhərinin sərhədçiləri 16 ton idxal olunan siqareti ələ keçiriblər.

KONKRET.az xəbər verir ki, İrəvandan Voronejə gələn yük təyyarəsinin göyərtəsində nəhəng saxta tütün dəstəsi aşkarlanıb.

Etiketlərə görə, bütün siqaretlər Ermənistanda istehsal edilmişdir. Məhsulda tütün məmulatları üçün tələb olunan aksiz markaları və xüsusi nişanlar olmayıb.

Yeri gəlmişkən, bu, son bir ayda Ermənistandan gətirilən ikinci böyük siqaret yüküdür.

Aprelin sonlarında eyni siqaret Krasnodar sərhədçiləri tərəfindən ələ keçirildi.

Ermənistanın özündə saxta ticarət səbəbindən bütöv bir qalmaqal yaranıb. Ölkənin keçmiş prezidentinin kürəkəni Mikael Minayesan hazırkı baş nazir Nikol Paşinyanı bu qanunsuz işi təşkil etməkdə ittiham edib. Paşinyan isə öz növbəsində rəqibini təhlükəsizlik qüvvələri ilə hədələyib.

Bu arada Minasyanın sözlərinə görə, Voronej epizodu çoxlarından biridir. Siqaretin Rusiyaya daşınması isə iki ildir davam edir. Mütəxəssislər Voronejdə ələ keçirilən bütün siqaretlərin satış qiymətini 70 milyon rubl dəyərində qiymətləndiriblər.

Babək Göyüş //KONKRET.az

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •