Vanesyan: «Paşinyan və komandası həbs edilsin»

“Baş nazir və digər vəzifəli şəxslər ölkədə yaranmış vəziyyətə görə məsuliyyətə cəlb olunmalıdır”.

Fedai.az Publika.az
-a istinadən xəbər verir ki, bu çağırışla Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəisi Artuq Vanesyan çıxış edib.

Vanesyan bildirib ki, baş nazir və bir sıra məsuliyyətli şəxslər koronavirusla mübarizədə məğlub oldu, lakin hələ də öz uğursuzluqlarını başqalarının üzərinə yıxmağa çalışırlar.

“Parlament müxalifətinə — “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarına çağırış edirəm. Onlar gecikmədən parlamentdə istintaq komissiyası yaratmalı, təcili şəkildə baş nazirin və hökumətin digər məsuliyyətli şəxslərinin fəaliyyətini, eləcə də fəaliyyətsizliyini araşdırmalı, lazımi siyasi qiymət verilməli, həmçinin, qanunsuzluqlara yol verdikləri üçün baş naziri və digərlərinin məsuliyyətə cəlb edilməsi prosesinə təşəbbüs etməlidirlər”, — Vanesyan bildirib.

Bu xəbəri paylaşın: