Tanınmış həkimdən COVİD — 19 paylaşımı

Tanınmış həkim, AVMVİB-nin fəxri üzvü Xaliq Hüseynov sosial şəbəkədə Covid -19-la bağlı paylaşım edib.

На изображении может находиться: Xaliq Huseynov, сидит

Paylaşımda deyilir: «Salam əziz izləyicilərim!

Məni tanıyan bütün dostlara, qohumlara, tanışlara, bütün xalqımıza üzümü tutaraq, bu gün üzləşdiyim, gözlərimlə gördüyüm bəzi hadisələri bölüşmək istəyirəm.

Bilirsiniz ki, artıq uzun müddətdir ki, hamılıqla, millət, dövlət olaraq gündəlik həyatımızı alt-üst edən Covid-19 virisu ilə mübarizə aparırıq.İlkin mərhələdə pandemiyanın fəsadlarını cüzi hiss etsək də, son günlər artıq bu virusu ən yaxınımızda tanışlarımızın, qohumlarımızın timsalında izləməkdəyik.

Bu gün elə bir neçə pasiyentimin virusa yoluxduğunu və implant dişləri ilə əlaqədar köməyimə ehtiyacları olduğunu öyrəndim. Dərhal, gecikmədən həmin xəstələrin yanına getdim. Gördüyüm mənzərə dəhşətli idi. Nəfəs almaqda çətinlik çəkən bu insanların ölüm-dirim mübarizəsi apardıqlarını gördükcə, ürəyimdən yalnız bir hiss keçirdi — necə edim ki, bu infeksiyanın varlığına daha çox insanı inandırım.

Bu həqiqətən də bir müharibə və mübarizədir! Və bu mübarizədə əziyyət çəkən bütün tibb personallarının, eləcə də dövlətimizin əziyyəti dəyərləndirilməlidir. Müharibədə yalnız yekdil səfərbərlik və milli birlik Qələbəni mümkün edir! Bunun üçün yalnız bir xahişim və müraciətim var — özünüzü və ailənizi qoruyun!

Dövlətimizə dəstək olun!

Qaydalara riayət edin!

VİRUS SEÇİM ETMİR!

Hər an hər birimizin qapısını döyə bilər!

Bu xəbəri paylaşın: