«American Airlines» irqi ayrıseçkiliyə görə məhkəməyə verildi

Fedai.az ABŞ-ın NBC xəbər telekanalının istinadən məlumat verir ki, kollektiv şikayət sərnişinlər tərəfindən irqi ayrı-seçkiliyə görə «American Airlines» aviaşirkətinə qarşı dünən məhkəmə qarşısında qaldırılıb. İddia ərizəsi afroamerikalı Elcin Benks-in uçuş reysindən çıxarılmasından sonra ədalət məhkəməsinə təqdim olunub. Zərərçəkən, ona məxsus yerin daha rahat bir şəkildə dəyişdirilməsinə icazə verilmədiyini iddia edir. Benksin sözlərinə görə, bu icazə ağdərili sərnişinlərə icazə verilirdi. Stüardessaya müraciət etdikdən sonra Benks «təcavüzkar və təhqiredici cavab almış», daha sonra isə Mühafizə Xidmətinin əməkdaşları tərəfindən reysdən çıxarılmışdır.

Telekanalın məlumatına görə, hadisə mayın 31-də Los-Anceles-Phoenix reysində baş verib.

Aviaşirkətdə isə öz növbəsində bəyan edib ki, Benks sadəcə yerini dəyişməyi xahiş etməyib, əksinə, onu biznes sinfinə köçürməyi tələb etmişdir. Ona məlumat vermişlər ki, mövcud qaydalara görə bu, mümkün deyil və biletdə göstərilən yerdə qalmaq ondan xahiş edilib.

«American Airlines»-ın daxili istintaq idarəsi də məsələni araşdırmağa davam edir. Aviaşirkət ayrıseçkiliyin bütün formalarına qarşı olduqlarını bəyan edir və iddia ərizəsində göstərilən hadisələrin şərhi ilə razılaşmır.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •