İşğal altında olan cənnət — Füzuli

Qarabağı növbəti füsunkar guşəsi Füzulini yad edək. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. Bakıdan 325 kilometr aralıda yerləşən rayonun ərazisi 1386 kvadratkilometrdir.

Füzuli гауоnu (1930- 59-cu illərdə Qaryagin rayonu) Azərbaycan Respublikasinda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 147.1 min nəfərdir (01.01.2006). Mərkəzi Füzuli şəhəridir.Rayona Füzuli şəhəri, Horadiz qəsəbəsi, 11 Qayıdış qəsəbəsi və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatlı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşatlı, Hacılı, Mirzəcamallı, Zərgər kəndləri daxildir.


Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri). Əsasən, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-l°C. iyulda 24-25°C-dir. İllik yağıntı 400 -600 mm-dir.

Füzuli rayonu - Qarabulaq - Posts | Facebook
FÜZULİ RAYONU-I HISSE-GORAZILLI VE YUXARI GÜZDƏK KƏNDLƏRİ-QARABAG ...
fizuli rayonu - YouTube
Rayon haqqında məlumat - Heydər Əliyev Mərkəzlərinin İnformasiya ...
FİZULİ(23.08.1993) – aidenesibova
FİZULİ(23.08.1993) – aidenesibova
Füzuli rayonu qacar kəndi sorgusuna uygun resimleri bedava indir
Füzulidə yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası davam ...
Bu xəbəri paylaşın: