AVMVİB sədri Füzuli Rzaquliyev: «Hələ ki bu düşmənlə də birgə yaşamağa məhkumuq!»

Koronavirus yalnız keçən ilin dekabrında peyda olub, lakin indi artıq bütün dünya bu virusun pandemiyası və onun yaratdığı Covid-19 xəstəliyinin öhdəsindən gəlməyə çalışır.

Əksəriyyət üçün bu xəstəlik yüngül keçir, lakin bəzi insanları bu xəstəlik öldürür. Respublika Prezidentinin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında etdiyi çıxışından götürülüb. Ölkə başçısı həyəcan təbili çalır, xalqa-yəni bizlərə səslənir. Səslənir ki, vəziyyətin ciddiliyini dərk eliyək. Özümüzü və sevdiklərimizi dəhşətli COVID-19-dan qoruyaq. Qorunmanınsa tək yolu şəxsi gigiyenadır, edilən tövsiyə və xəbərdarlıqlara riyaət etməkdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Dövlət rəhbərinin çıxışına münasibət bildirərək deyib: «Koronavirus ölkədə yayılmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında etdiyi çıxışında həyacan dolu fikirlər heç də səbəbsiz deyil. Biz ilk gündən bu «görünməyən düşmənlə mübarizədə Ali Baş Komandanın «Biz birlikdə güclüyük!» çağırışına əməli işimizlə cavab vermiş və dəstəkləmişik. İlham Əliyev Gəncədə dediyi fikirlər hər kəsin fəaliyyət proqramına çevrilməlidir: «Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir…”

Respublika Prezidentinin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında etdiyi çıxışını dinləyən hər kəs vəziyyətin ciddiliyini anlamalıdır. Ölkə başçısı həyəcan təbili çalır, bizlərə səslənir.

Bizi xəbərdar edir ki, özümüzü və sevdiklərimizi dəhşətli COVID-19-dan qoruyaq. Qorunmanınsa tək yolu şəxsi gigiyenadır, edilən tövsiyə və xəbərdarlıqlara riyaət etməkdir. Tam bir müharibə qanununda olduğu kimi, özünü qorumaqla, öncə öz ailəni, daha sonra xalqını və ən nəhayət ölkəni qorumuş olursan. Ona görə də karantin şərtlərinə hər kəsin, o cümlədən də müharibə veteranlarının əməl etməsi vacibdir. Hər kəsi ölkə rəhbərinin çağırılarına əməli surətdə əməl etməyə çağırıram».

AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, koronavirus sərsəri güllə kimi hər yerdə bizi tapa bilər. Ona görə də ehtimallara deyil, mövcud reallığa uyğun yaşamağa çalışmalıyıq. Bu görünməz düşmən, hər yerdə ola bilər. Hələ ki bu düşmənlə də birgə yaşamağa məhkumuq! Özünüzü qorumaqla, xalqımızı da qorumuş olursunuz. Cənab İlham Əliyevin Gəncədəki görüşdə dediyi bu sözləri bir daha xatırlatmaq istərdim: «Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə — sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır.»

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 7
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •