TƏBİB-in koronavirusla bağlı məlumatı

26.06.2020-ci ildə Azərbaycanda koronavirusla bağlı 7274 test aparılıb.


Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.


Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb. 


Qeyd edilir ki, Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Bu xəbəri paylaşın: